Dünən “Bavariya”nın hücumçusu Robert Levandovskinin Almaniya budesliqasında “Volfsburq”a 9 dəqiqə ərzində 5 qol vurması dünya idman mediasının əsas müzakirə mövzusudur.
Qol.Az-ın xəbərinə görə, bu tarixi göstərici ilə polşalı futbolçu bütün dünyanı heyran edib.
Bu faktlara diqqət...
- Vurulan bu beş qol bundesliqa tarixində ən tez het-trik (4 dəqiqədə) və ən tez penta-trikdir (9 dəqiqədə).
- Levandovski sonradan oyuna daxil olmaqla beş qol vuran ilk futbolçu kimi bundesliqa tarixinə düşdü.
- İslandiyalı Atli Edvaldsondan (1983) sonra bundesliqada beş qol vuran ikinci legioner oldu.
- Levandovski 9 dəqiqə ərzində vurduğu qollar Radamel Falkaonun bütün ötən mövsüm ərzində vurduğu qolların sayından daha çox oldu. Həmçinin bu göstərici ilə o, hazırkı mövsümdə İngiltərə Premyer Liqasında daha az fərqlənən Runi, Aquero, Jiru və Kostanı geridə qoydu.
- Bundesliqanın 6-cı turuna kimi 6 komanda Levandovskinin 9 dəqiqə ərzində vurduğu qollardan daha az qol vurub.
- Levandovski 9 dəqiqədə 5 qol vurub. “Liverpul” isə bu mövsüm 5 qolu 630 dəqiqə ərzində vurub.
- Kriştiano Ronaldoya bir oyunda beş qol vurmaq üçün 74 və 60 dəqiqə lazım olub.
- Lionel Messi beş qolu üç il əvvəl “Bayer”ə 60 dəqiqə ərzində vurub.
- Almaniya bundesliqasında bir oyunda ən çox qol vuran futbolçular arasında rekord Ditür Müllerə məxsusdur – 1977-ci il, 6 qol.
- Herd Müllər bundesliqada 4 dəfə penta-trik edib.
... Levandovskinin beş qol vurduğu oyunun qısa statistikası.
“Bavariya” – “Volfsburq” – 5:1
Əvəzetmə: Tyaqo Alkantara / Robert Levandovski, 46.
Qollar:
26. Daniel Kaliguiri – 0:1
51. Robert Levandovski – 1:1
52. Robert Levandovski – 2:1
55. Robert Levandovski – 3:1
57. Robert Levandovski – 4:1
60. Robert Levandovski – 5:1
...Və o tarixi hadisə belə baş verdi....
Yuxarı
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı