Uelsin Flintshire şəhərində təşkil olunmuş Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmış 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Bakıya qayıdıb.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hava limanında yığmamızı futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər və mətbuat təmsilçiləri qarşılayıb.
Xatırladaq ki, komandamız ilkin seçmə mərhələnin ilk oyununda Uels yığmasına 4:1, ikinci qarşılaşmada Belçika komandasına 3:0, son matçda isə Xorvatiya yığmasına 2:1 hesabı ilə qalib gəlib.
Yuxarı
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər