Son beş gündə iki dəyərli həmkarımız, Azərbaycanın aparıcı idman saytlarının baş redaktorlarının həyatında əlamətdar günlərdir. Qol.az-dan Aydın Bağırovun, ardınca Fanat.az-ın rəhbəri Əlisahib ad gününü qeyd
edir. Həmkarından iki yaş böyük olan bugünkü səbəbkarın 37 yaşı tamam olur.
İki adı özündə birləşdirən həmkarımız
Ceyhun Əliyev və Əlisahib Əliyev. Yox, onlar qardaş deyillər, sadəcə, həmkardırlar, bir müddət birgə çalışıblar. Maraqlıdır ki, Ceyhunun atasının adı Əlisahibdir. Ancaq bizim “Batenka”nın həmsoyadından dörd yaş böyük olduğunu nəzərə alsaq, adıma yadına “Əhməd haradadır” filimdəki “oğul atadan qocadır ki” ifadəsi düşür. Bizim Əlisahib iki adı özündən birləşdirən həmkarımızdır. Özü də gözəl adları. Ümumiyyətlə, müqəddəs Əli adı həm adında, həm də soyadında olduğundan, ona doğmadır.
"QAİ", hərbçi və ...
Əlisahiblə məni birləşdirən təkcə həmkar olmağımız yox, eyni vaxtda orta məktəbi bitirib, eyni vaxtda ali təhsil almağımızdır. Fərq ondadır ki, o, orta təhsilini doğulub, boya-başa çatdığı Neftçalada, mən isə Bakıda almışam. Ancaq tələbəlik illəri hər ikimizdə paytaxtda, dövlət müəssələrində olub. O, Texniki, mən isə İqtisad Universitetinin məzunu olmuşam. Əlisahibin oxuduğu "Nəqliyyat istismarı" fakültəsi biz oxuduğumuz 90-ci illərdə çox dəbdə idi. Çünki onu bitirənlərin ixtisasca ГАИ-də (o vaxtkı Dövlət Avtomobil Müfəttişi, indiki Dövlət Yol Polisi) işləmək imkanı olduğundan, həmin ali təhsil ocağının ən “bərk gedən” fakültələrindən idi. Ancaq Əliyevin universiteti bitirəndən sonra yolu ora yox, hərbiyə düşür. Orada xidmətdən artıq – 6 illik qulluq edən hərbçi 2006-cı ildə mətbuatda ilk addımlarını atır. Bu isə o vaxtlar yeni olsa da, tanınan qəzetlərdən olan “Alma” idi.
Hər ikimizin məktəb vaxtı texniki fənlərə böyük həvəsi institut seçiminə böyük təsir göstərib. Ancaq yazmaq qabiliyyəti sonda həlledici olub. Əlisahib də həmin vaxtdan özünü yazı-pozuda sınayıb, respublika səviyyəsində Olimpiadalarda iştirak edib. Hələ o vaxtdan mütailəyə böyük marağı olan, bundan bəhrələnən Əliyev özünü yaxşı jurnalistdən daha çox yaxşı oxucu sayır. İdman mətbuatında ən çox yazılarını oxuyanlardan biri olan "Futbol+" qəzetinin”nin baş redaktoru Mahir Rüstəmliyə sonradan həmkar olurlar.
Redaktor kimi bəyənilən, sayt açıb baş redaktor təklifi alan
Bir vaxtlar idmanla məşğul olan Əlisahib sonradan bu sahəni işıqlandıran insan olur. Geniş fəaliyyət isə 2008-ci ildən başlayır. Aydın Bağırovlu Qol.az kimi. Göründüyü kimi, həmkarların, dostların baş redaktoru olduğu saytlar eyni ildən fəaliyyətə başlayıblar. “Alma” qəzetiylə yanaşı, Qaynarinfo.az saytının "Qaynarsport" bölməsinin redaktoru olan Əlisahib yaxşı işiylə rəhbərliyin diqqətini çəkir. Bu zaman ona sayt açıb, baş redaktor olmaq təklifi gəlir. Futbola, ümumiyyətlə, idmana aid, yaxın olan bir ad seçilir – fanat. Fanat.az saytı həmin vaxt geniş komandayla işə başlayır. Onun ilk addımlanı atıb, idman mediasında yerini tutmasında Natiq Muxtarlı, Pərvin Kazımoğlu, Elçin Cəlilov, Rəşad Ergün və Kənan Məstəliyevin baş redaktora böyük köməyi dəyir. Onların əksəri indi başqa saytlarda çalışsalar da, hələ “Alma”dan tanıdığı Pərvin artıq yeddi ildir Əlisahiblə birgə eyni saytda çalışır.
Əlisahiblə tanışlığım apasport.az saytında işlədiyim vaxtda olub. Düzdür, ilk vaxtlar bu yalnız qiyabi tanışlıq idi. Yaxşı deyiblər ki, insan yolda tanınır. 2012-ci ilin ikinci yarısında “Neftçi”ylə Avropa Liqasında ardıcıl səfərlərimiz məndə onun haqda müəyyən fikir formalaşdırdı. Bunlar isə müsbət oldu. O, həqiqətən tərifə layiq oğlandır. Kiprlə Serbiyanın paytaxtları Nikosiya və Belqrada, Rusiya ilə İtaliyanın Kazan və Milan şəhərlərinə səfərlərimiz indiyədək xoş xatirə kimi yada düşür. Tam əminliklə deyə bilərəm ki, Əlisahib səfərlərdə ən maraqlı simalardan olur. Onun özünəməxsis danışıq qabiliyyəti, zarafatları (xüsusilə İbrahim Cəfərovla), Neftçala ləhcəsi, "nağaracağuq" kəlməsi əlavə rəng qatır.
İki dəfə qrupa düşmək sevincini yaşamağımız
Mənə Əlisahiblə iki dəfə Avropa Liqasının qrupuna düşməyin sevincini birgə yaşamaq qismət olub. Bu, üç il öncə “Neftçi”ylə futbolumuzda, ötən ayın sonunda isə “Qəbələ”ylə tarixində ilkə imza atılmasıydı. Bunu dostumuz, dəyərli həmkarımız İlkin Xəlilovla da bizimlə birgə yaşamaq nəsib imiş. “Qəbələ”nin uğurla yolun başlanğıcı olan Tiflis səfərində də birgə idik.
Ümumiyyətlə, Əliyev pozitiv, mərd insandır. Birgə işləmiş həmkarlarımdan baş redaktor kimi ondan razılıq ifadə etmələrini eşitmişəm. Yəni onun üçün işin də öz yeri var, işdən kənarın, dostluğun, yoldaşlığın da. Həmkar həmrəyliyinə önəm verənlərdəndir. Əlisahibin ilk gündən rəhbəri olduğu saytı, özü hazırda sayılıb-seçiləndirsə, böyük hörmət qazanıbsa, bunda ilk növbədə özünün böyük əməyi var. Artıq xeyli vaxtdır geniş kütlə də onu yaxşı tanıyır. Bu isə “Space” TV-də dəyərli həmkarımız Tural Xudiyevin aparıcısı olduğu “Qol” proqramında çıxışları, maraqlı fikirləri sayəsində olub.
Əlisahib, ad günüylə bağlı ənənəvi təbriklər – can sağlığı, ailə səadəti, övladlarının xoş günlərini görmək, işlərində uğurlar öz yerində. Sənə bir qədər fərqli təbrikləri çatdırmaq istərdim. Həyatda elə gözəl keyfiyyətlərə malik olasan ki, insanlar, bizlər sənin fanatın olaq. Hər halda, idman mətbuatının əsas fanatı, "Fanat"ın yaradıcısı sənsən. Adında sahib sözü gözəl keyfiyyətlərə sahib olmağa şamil olsun. Həmişə məclis, səfər adamı, "mafiya" oyununun maraqlı iştirakçılarından olasan. Bir də ki, sənə doğma Neftçalanın komandasının təkcə Premyer Liqaya vəsiqə qazanmasını yox, orada da çıxış etməsini görmək nəsib olsun.
Ad günün mübarək, Əlisahib!
Mehman SÜLEYMANOV
Yuxarı
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil
Mövsümün ən çox izlənən matçı
"Səbail"in məşqçisinə və futbolçularına cəza
"Borussiya" Türkiyə millisinin üzvünü göndərdi
"Şamaxı" 5 futbolçu ilə vidalaşdı
"Neftçi"dən 3 futbolçu getdi - Abubakar da var
“Sabah” onunla müqaviləni uzatmadı
"Sevilya"dan getdi
“Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
"Neftçi"nin futbolçusunun cəzası məlum oldu
Azərbaycan qadın millisinin heyəti açıqlandı
"Sabah"ın futbolçusu DÇ-2026 üçün geniş heyətdə
Hakimin bu skandal qərarı gündəm oldu - Video
"Milan" Konteni hədəfə aldı
"Neftçi"nin futbolçusu Kipr klubuna keçdi
"Bu mövsümü "Zirə" üçün uğurlu saymaq olar" - Aydın Bayramov
Əfran İsmayılov vitse-prezident təyin edildi
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı
"Qarabağ"dan mövsümün azarkeş rekordu
"Sumqayıt" Saşa İliçin ayrılığını açıqladı
Qana millisinin DÇ-2026 heyəti
DÇ-2026 öncəsi pasportu oğurlandı
Azərbaycanı Avropa kubokunda onlar təmsil edəcəklər
“Yüz il xatirələrdə qalacaq səyahət”
Mauritsio Sarrinin yeni klubu müəyyənləşib
Müayinənin nəticəsi: Messi yorulub!
Berdıyevdən azərbaycanlı gənc furbolçularla bağlı açıqlama
“Volfsburq” ikinci Bundesliqaya düşdü
“Şamaxı”nın formasını daşımaq qürur idi” - Rüfət Abbasov
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək