"Avro-2016"nın seçmə mərhələsində səfərdə Litvaya qol vurmaqla14 illik uğursuz seriyaya son qoyan "San Marino" yığmasının rəsmi "tvitter" səhifəsi Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu ələ salıb.
Qol.Az-ın məlumatına görə, "tvitter" səhifəsində San Marino yığmasının sentyabr ayında bir qol vurduğu, Ronaldonun isə bu ay fərqlənə bilməməsi vurğulanıb.
30 yaşlı futbolçu Portuqaliya millisinin heyətində Fransa ilə yoxlama, Albaniya ilə seçmə mərhələ oyunlarında meydanı qol vurmadan tərk edib.
Qeyd edək ki, San Marino yığması 14 il sonra Litva ilə görüşdə (1:2) ilk dəfə səfərdə qol vurmağı bacarıb. Cırtdan ölkə təmsilçisi sonuncu dəfə 2001-ci ildə səfərdə Latviya ilə matçda fərqlənib. Həmin görüşdə qalib müəyyənləşməyib - 1:1.
Yuxarı
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi