"Qəbələ"dən daha bir rəsmi transfer

"Qəbələ"dən daha bir rəsmi transfer
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2015 / 00:03 14972
-  A +

"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “transfer pəncərəsi”nin son günündə ikinci hücumçu ilə anlaşan komanda Vaqif Cavadovun ardından Fakundo Abel Pereyranı da heyətinə qatıb. 

28 yaşlı argentinalı hücumçu 2014-cü ildən Yunanıstanın PAOK klubunun üzvüdür. “Qəbələ” icarə əsasında heyətinə qatdığı Pereyra ilə 1 illik anlaşıb.

Cənubi amerikalı Saloniki təmsilçisinə keçənədək vətənində “Estudiantes” (2006-2011), “Ximnasiya” (2012-2014, icarə əsasında), Çilidə “Palestino” (2009, icarə əsasında), “Audaks İtaliano” (2011-2012), Meksikada “San Luis” (2012-2014) klublarında çıxış edib.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner