“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- “Qəbələ” Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Pantinaikos” klubuna rəqib oldu. Püşkü necə dəyərləndirirsiniz?
- Altı potensial rəqib arasında “Panatinaikos”dan güclü komandalar var idi. Onlarla düşmək istəməzdik. Mən Yunanıstan komandası ilə də düşməyi arzulamırdım. Ancaq əlimizdən gələni etməyə çalışacağıq. Rəqib tarixi ənənələri, kifayət qədər nailiyyəti olan bir komandadır. Ancaq bu komandanı da keçmək mümkündür.
- “Panatinaikos”u digər rəqiblərlə necə müqayisə edərdiniz?
- Sevindik ki, “Borussiya” (Dortmund) və “Kranodar”la düşmədik. Onlar daha güclü rəqiblər idi. İstənilən halda “pley-off”da zəif rəqib olmur. Bəli, “Panatinaikos” digərlərinə nisbətən bizim üçün daha rahat rəqibdir.
- Yunan klubları ilə düşmək istəməməyinizin səbəbi Kiprdəki məlum qalmalla bağlıdır? Ümumiyyətlə, Kipr hadisələrindən sonra Yunanıstan klubu ilə oynamaq nə dərəcədə asan olacaq?
- Biz artıq təhlükəsizlik məsələsinin yüksək səviyyədə olması ilə bağlı müzakirə aparmışıq. Yəqin ki, UEFA-ya da bununla bağlı məlumat verəcəyik. Bizim futbolçulardan heç birinin xarakteri zəif deyil. Hamısı döyüşkən uşaqlardır. İnanıram ki, meydanda sona qədər mübarizə aparacaqlar və heç bir təzyiqdən qorxmayacaqlar.
- Püşkə əsasən həm “Qarabağ”, həm də “Qəbələ”nin ilk oyunu səfərə düşdü. Cavab görüşləri zamanı Bakıda eyni gündə iki oyun keçirilməlidir ki, bu da UEFA-nın qaydalarına ziddir.
- Bəli, biz də UEFA-nın qərarını gözləyirik. Hansısa oyunun yeri dəyişdiriləcək.
- Yəqin ki, yunan azarkeşlər Cavidin Hüseynovun ötən gün türk bayrağı ilə stadionda dövrə vurmasından xəbərdar olacaqlar. Yəni onun üçün Yunanıstanda oynamaq asan olmayacaq. İlk görüş səfərdə keçirilsə, Cavid bu təzyiqlə üzləşməyəcək. Çünki o, cəzalı durumdadır. Buna görə istərdinzimi ilk oyun Yunanıstanda olsun və Cavid “Qəbələ”dəki görüşdə meydana çıxsın.
- İnanmıram ki, Cavid üçün o oyun çətin olsun. Çünki Cavid çox xarakterli, soyuqqanlı bir futbolçudur. Bunu “Apollon”la Kiprdəki oyunda da gördük. Penalti zərbəsinə yerinə yetirməyə hazırlaşanda azarkeşlərin Cavidin başına vurmadığı şey qalmadı. Qapının arxasında kiprli azarkeşlər Azərbaycanın cırıq bayrağını asmışdı. O boyda təzyiqin qarşısında özünü itirməyən futbolçu başqa bir oyunda necə davranacağını bilir. Başqa cür ola da bilməz.
- “Qəbələ” artıq “pley-off”da mübarizə aparacaq. Heyətin daha da gücləndirilməsinə ehtiyac varmı?
- Orta xətti gücləndirmək fikirimiz var. Bir futbolçu ilə danışıq aparırıq. Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəsi mövqeyində oynaya bilir. Yaxın vaxtlarda onunla bağlı məlumat veriləcək. Hələ ki, bir futbolçu transfer etmək fikrimiz var. Kifayət qədər futbolçumuz var.
- Ötən gün “Apollon”la oyundan sonra polislər bir neçə “Qəbələ” azarkeşinə xəsarət yetirib. Bu kimi hallara münasibətinizi bilmək istərdik.
- Bəli, insident baş verdi. Araşdırmalar aparılır. Yəqin ki, nəticəsi ilə bağlı yaxın vaxtlarda bəyanat verəcəyik. Əgər azarkeşlərimizin dediyi kimi, həqiqətən polislər zorakılıq edibsə, bunun qarşısını almalıyıq. Azərkeşləri stadiona gətirmək üçün illərlə əziyyət çəkirik. Bu azarkeşlər Qəbələdən avtobusla yarı ac, yarı susuz gəliblər. “Apollon”la qarşılaşma təkcə “Qəbələ”nin oyunu deyildi. Məlum hadisələrdən sonra bu, bir növ Azərbaycanın oyununa çevrilmişdi. Konkret olaraq Azərbaycan bayrağı müzakirə mövzusu idi. Heç vaxt idmanı siyasətə qarışdırmaq istəməməmişəm. Belə şeylərdən uzağam. Amma artıq bu görüşün prinsipiallığı hər kəsə bəlli idi. Bir müqayisə aparmaq istərdim. Kiprdə bizim bayraq cırılarkən UEFA nümayəndələrinə və “Apollon” rəsmilərinə bildirdik ki, bu biabırçılığı yığışdırın. Bizə cavab verirdilər ki, heç nə edə bilmərik. Polis dayanıb baxırdı, heç bir tədbir görülmürdü. Bayrağımızı cırırdılar, hamı durub baxırdı. Mən VİP-loja əyləşmişdim. Təsəvvür edin ki, orada belə bizə qarşı edilməyən hərəkət qalmadı. Sevindiyimiz çün bizə butulka atdılar. Yəni bütün bunlara onların hüquq-mühavizə orqanları susaraq baxırdı. Ancaq bizimkilər öz sevincini bölüşdüyü üçün azarkeşlərimizə təzyiq edir. Bunu təsəvvür edə bilmirəm. Araşdırmanın nəticəsini gözləyirəm. Mənə də maraqlıdır ki, niyə polislər bu cür davranıb.
- Belə hallar artıq bir neçə dəfə təkrarlanıb.
- Daxili çempionatda iki komandanın azakeşlərinin qarşıdurması zamanı polisin müdaxiləsi başadüşüləndir. Ancaq dünənki görüşdə heç bir qarşıdurma olmamışdı. Mən bu işə məətəl qalmışam. Xəsarət alan uşağın 16 yaşı var. Sabah hansı valideyn övladına stadiona getməyə icazə verər? Bu gün futbolun gözəlləşdirilməsindən danışırıq. Futbol azarkeşlər üçün oynanılır. Onları stadiondan qaçırırıqsa, futbol kimə lazımdır?
- Xəsarət alan azarkeşlərin durumu ilə maraqlanmısınızmı?
- Əlbəttə, şəxsən özüm bu məsələni nəzarətdə saxlayıram. Dünən klubumuzun nümayəndələri azarkeşlərin yanında olub. Artıq onlardan ikisini evə buraxıblar. Biri isə xəstaxanada qalıb. Vəziyyətləri stabildir.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı