“Qəbələ” klubu Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la cavab matçında 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə “pley-off”a vəsiqə qazanıb.
Qol.Az-ın məlumatına görə, komandanın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Çox şadıq. Sizlərə, azarkeşlərə sevinc bəxş etdik. Rəhbərliyi və bütün “Qəbələ”ni sevənləri təbrik edirəm”.
- Ürfan Abbasov qırmızı vərəqə aldı. Cavid Hüseynov da sarı vərəqəyə görə cəzalı vəziyyətə düşdü. Növbəti mərhələdə onların yoxluğu problem yaratmayacaq?
- Əlbəttə, çətin olacaq. Çünki əsas heyətin futbolçuları növbəti oyunda iştirak etməyəcək. Artıq çempionat da başlayır. Amma ehtiyatda da oyunçularımız var. Onlar da yaxşı futbolçulardı. Yəqin ki, zədəlilərimiz də qayıdacaq. Bu ərəfədə onların dönüşü çox vacibdir.
- Futbolçularınız çox cəzalanılar. Növbəti oyunlarda bu, sizə problem yaratmaz ki?
- Nizam-intizamla bağlı komanda ilə söhbətimiz olub. Buna baxmayaraq, Cavid yenə intizamı pozdu. Onu çox istəyirəm. Mənim ən sevimli futbolçularımdandır. Ancaq bu o demək deyil ki, qaydaları poza bilər.
- Cavid bu hərəkətinə görə cəzalanacaqmı?
- Cəzalandırmaq olar, ancaq onu o qədər çox istəyirəm ki... Düşünürəm ki, özü səhvini başa düşəcək.
- “Pley-off” mərhələsi haqda nə düşünürsünüz?
- Çox çətin olacaq. Biz növbəti mərhələdə hansısa ölkənin çempionuna qarşı oynayacağıq.
- “Qəbələ” qrup mərhələsinə düşsə, bizi nə ilə təəccübləndirəcəksiniz?
- Əsas odur ki, qrup mərhələsinə düşək. Sizi sevindirmək asandır.
- Azərbaycanda xoşbəxtsinizmi?
- Əlbəttə. Burda çox rahatam. Yalnız yoldaşlıq, səmimiyət, mehribanlıq görürəm.
- Havalar isti keçir, “aerodrom kepka”nı nə vaxta qədər taxmaq fikriniz var?
- Razılaşdığımız kimi, mətbuat konfransından çıxandana qədər.
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır
Vəli Qafarov: “Bütün rəqiblərdən təhlükə gözləyirik”
“Qəbələ” - “Mingəçevir” matçı FİFA referisinə tapşırıldı
Konte "Napoli"dən ayrıldı
İspaniya millisinin DÇ-2026 üçün heyəti
Coy Lens Mikels mükafatlandırıldı