Bu gün “Neftçi” PFK-nın təlim-məşq bazasında azarkeşlərlə görüş keçirilib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, görüşdə klubun idman direktoru Vəli Qasımov, komandanın baş məşqçisi Samir Əliyev, futbolçular – Ruslan Qurbanov, Elşən Abdullayev və Kaue iştirak ediblər. Azarkeşlərin transferlərlə bağlı sualını cavablandıran idman direktoru Vəli Qasımov bu istiqamətdə çalışmaların davam etdiyini bildirib:
“Bəzi mövqeləri gücləndirmək istəyirik. Futbolçu seçimində diqqətli olmalıyıq. Çalışırıq ki, təklif olunanlardan ən yaxşılarını və “Neftçi”yə maksimum fayda verə biləcək futbolçular seçək”.
Xoş və çətin günündə komandanın yanında olduğu üçün fanatlara təşəkkürünü bildirən baş məşqçi Samir Əliyev onların dəstəyinə hər zaman böyük ehtiyacın olduğunu deyib: “Komandamız gənc futbolçulardan qurulub. Bilirik ki, azarkeşlər bizdən nəticə tələb edir. Bunu qazanmaq üçün zamana ehtiyac var. Çatışmayan cəhətlərimiz var və biz bunlar üzərində çalışırıq. Komandamız günü-gündən daha yaxşı oyun sərgiləyir. Siz qarşınızda nizam-intizamlı və mübariz bir komanda görəcəksiz”.
Futbolçular isə yeni mövsümə yüksək səviyyədə hazırlıq keçdiklərini vurğulayıblar. Onlar bildiriblər ki, azarkeşlərin də dəstəyi ilə komandanın uğur qazanması üçün əllərindən gələni edəcəklər.
Yuxarı
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır
Vəli Qafarov: “Bütün rəqiblərdən təhlükə gözləyirik”
“Qəbələ” - “Mingəçevir” matçı FİFA referisinə tapşırıldı
Konte "Napoli"dən ayrıldı