I Avropa Oyunlarında ölkəmizə qızıl medal qazanan paracüdoçu İlham Zəkiyev cəbhə bölgəsinə gedib.
Qol.Az-ın Azvision.az-a istinadən yaydığı xəbərə görə, bu barədə danışan İ.Zəkiyev bildirib ki, sosial şəbəkədə müzakirələrə səbəb olan fotosu ötən gün Murovda hərbçilərimizlə görüş zamanı çəkilib: “Müdafiə Nazirliyinin təşkil etdiyi bu görüşə böyük məmuniyyətlə razılıq verdim. Hələ bundan sonra da bir neçə yerdə hərbçilərimizlə görüşəcəyik. Daha çox ön cəbhədə görüşlərimiz olacaq. Ali baş komandan, cənab prezident İlham Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov daim ön cəbhədə əsgərlərimizlə görüşür. Bu baxımdan mən də özümə borc bildim ki, əsgərlərimizlə ön cəbhədə görüşüm”.
Qeyd edək ki, İlham Zəkiyev kəşfiyyatçı olub. Bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələn əsgər Zəkiyev 7 ay orduda nümunəvi xidmət edib, fəxri fərmanlar alıb.
1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində İlham yaralanıb. Güllə onun başına dəyib, sol gicgahından girərək sağ gicgahından çıxıb. O, aldığı yaradan komaya düşüb. Komadan çıxdıqdan sonra məlum olub ki, İlham görmə qabiliyyətini tamamilə itirib. Həkimlər hətta belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə sayırdılar. Bütün göstərilən səylərə baxmayaraq, İlhamın görmə qabiliyyətini qaytarmaq mümkün olmayıb.
İlham Zəkiyev birinci dərəcəli Qarabağ əlili kimi evə dönüb. Bu zaman onun hələ 19 yaşı tamam olmamışdı. Hərbi xidmətdən evə dönən İlham idman karyerasına başlayıb. 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu olub. Bu il isə Bakıda keçirilən ı Avropa Oyunlarının qızıl medalını qazanıb.
O, Əməkdar idman ustası, "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif edilib.
Yuxarı
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər