"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Seltik" klubunun əsası 1887-ci il, noyabrın 6-da qoyulub.
Qol.Az-ın məlumatına görə, komanda Şotlandiyanın Qlazqo şəhərini təmsil edir.
Uilfrid qardaşları tərəfindən yaradılan "Seltik" ilk rəsmi matçını 1888-ci il, mayın 28-də keçirib. Həmin vaxt komanda əzəli rəqibi "Qlazqo Reyncers"lə üz-üzə gəlib. Görüş "Seltik"in 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında əzəli rəqabətin bir sıra səbəbləri var. Həm azarkeşlərin məzhəblərə bölünməsi, həm də siyasi səbəblər bu iki komandanın azarkeşlərini bir-birinə düşmən kəsib. "Seltik"in azarkeşləri katolik, "Qlazqo Reyncers"in fanatları isə protestant məzhəbinə mənsubdurlar. Həmçinin "Qlazqo Reyncers" azarkeşləri Şotlandiyanın idarəçiliyinin Birləşmiş Krallığa tabe olmasının, "Seltik"li fanatlar isə ölkənin tamamilə müstəqil idarə olunmasının tərəfdarıdır.
"Seltik" və "Qlazqo Reyncers" arasında keçirilən derbi dünyanın ən qədim derbilərindən hesab olunur. Lakin 2012-ci ildə maliyyə problemi ilə üzləşən "Qlazqo Reyncers" hazırda aşağı divizionda mübarizə aparır.
"Qarabağ"ın rəqibi Şotlandiyada ilk titulunu 1891/1892 mövsümündə qazanıb. Həmin vaxt ölkə kubokuna sahib çıxan "Seltik" bir il sonra Şotlandiya çempionu adını qazanıb. Ümumilikdə "Seltik" 46 dəfə Şotlandiya çempionu olub, 36 dəfə isə ölkə kubokuna yiyələnib.
15 dəfə Şotlandiya liqa kubokunu qazanan 127 yaşlı klubu norveçli Ronni Deyla çalışdırır. Komanda ev oyunlarını 60,411 tamaşaçı tutumuna malik "Seltik Park" stadionunda keçirir. Öz meydanında "ağ-yaşıl" rəngli formalardan istifadə edən "Seltik" səfər oyunlarına tünd yaşıl rəngli formalarla çıxır.
"Qarabağ"ın rəqibi Avropada ilk uğurunu 1966/1967 mövsümündə qazanıb. Həmin vaxt komanda UEFA Çempionlar Kubokunun (hazırkı Çempionlar Liqası) qalibi olub. "Seltik" 2002/2003 mövsümündə UEFA kubokunun (indiki Avropa Liqası) finalına yüksəlib. Həlledici görüşdə "Portu"ya uduzan (2:3) Qlazqo təmsilçisi turniri gümüş medalla başa vurub.
Ötən mövsüm Avropa Liqasının 1/16 final mərhələsinə yüksələn "Seltik" bu mərhələdə "Qarabağ"la eyni qrupda mübarizə aparmış İtaliya "İnter"i ilə qarşılaşıb. Öz meydanında 3:3 bərabərə qalan, səfərdə isə rəqibinə 0:1 hesabı ilə uduzan "Seltik" turnirlə vidalaşıb.
Ronni Deylanın komandası əsasən legionerlərdə təşkil olunub. "Seltik"də Nigeriya, Hollandiya, Türkiyə, İsrail, İrlandiya, Serbiya, Avstraliya, Belçika, İsveçrə, Norveç, İtaliya, İsveç və İngiltərədən olan futbolçular çıxış edir.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır