"Zirə" hazırlıqlara başladı (FOTOLAR)

"Zirə" hazırlıqlara başladı (FOTOLAR)
XƏBƏR 3 İyul 2015 / 18:40 2128
-  A +

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək “Zirə” hazırlığa start verib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 30-dan etibarən təlim-məşq toplanışının ilkin mərhələsi başlayıb.

Komanda məşqlərini “Bayıl Arena”da keçirir. Heyətdəki futbolçulardan yalnız biri hazırlıqda iştirak etmir. Tellur Mütəllimov zədəli olduğuna görə məşqlərə qatılmır. Digər futbolçulardan Aleksandr Şemonayevin yüngül zədəsi var və o, hazırlıqda iştirak etsə də, fərdi məşqlə kifayətlənir. Viktor İqbekoyi isə zədəsini tam sağaldaraq kollektiv hazırlıqda iştirak edir. 

Qeyd edək ki, "Zirə" Bakıdakı hazırlıq dövründə, iyulun 12-də 19 yaşa qədər futbolçulardan ibarət yığma ilə qarşılaşacaq. Türkiyədəki təlim-məşq toplanışı isə iyulun 30-da başa çatacaq.




































Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər