"Bakı-2015" I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi başa çatıb.
Qol.Az-ın APA-ya istinadən yaydığı xəbərə görə, bağlanış mərasimi bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda başlayıb. Səhnədə Qız qalası ucalıb, qalanın ən yüksək zirvəsindən İçərişəhərin divarları arxasında Simurq quşu əfsanəsində vəd edilən oyanışı gerçəkləşdirərək simasını dəyişən şəhər - Bakı, “Alov qüllələri” görünüb. Bağlanış mərasimində şeypurun sədaları Azərbaycan prezidenti İlham Əliyevi, “Bakı-2015”: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkini salamlayıb. Bakıyadək bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanıb. Geriyə sayım sıfıra çatdığı an xor dövlət himnini yeni simfonik aranjmanda ifa edib və Azərbaycan bayrağı yüksəlib.
Şounun “Transformasiya” adlanan hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edib. Bu epizod 500-dən çox rəqqasənin ifası və heyranedici səhnə effektləri ilə səciyyələnib. Sonra idmançıların paradı ilə bağlı hissə başlayıb, 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyub, 17 gün ərzində arenalarda mübarizə aparmış 50 dövlətin atletləri səhnəyə çıxıb. Daha sonra Mehriban Əliyeva və Patrik Hikki nitq söyləyib. Bağlanış mərasimində gəncliyin enerjisinin nümayişi ilə bağlı 500 nəfərdən artıq ifaçı arasında hop-hop rəqqasları və havada heyrətamiz şou göstərən akrobatlar səhnəyə çıxıb. Növbəti mərhələdə 17 gün davam edən I Avropa Oyunlarının əsas məqamları stadionun ekranlarında nümayiş etdirilib. Səhnədə dörd qülləsindən də alov ucalan Atəşgah məbədinin maketi qurulub, Elnur Mikayılov kasanın işığı altında kamançanı “dilləndirib” və Lamiyə Kərimova ifası ilə onu yanına çağırıb. Qum rəssamı sehrli Simurq quşu əfsanəsindən olan obrazları çəkib və onlar sanki möcüzəli şəkildə səhnədə canlanıb. “Alovun söndürülməsi” hissəsində Avropa Oyunları alovunun söndürüldüyü an 17 günün kulminasiya nöqtəsi olub. Kasanın alovu yavaş-yavaş sönüb və möhtəşəm atəşfəşanlıq Bakı səmasını bəzəyib.
Elektronika rəqs musiqisi prodüseri və dj Qarnet Emeri də səhnəyə çıxıb, “Brit” mükafatı nominasiyasına layiq görülmüş “Glean Bandit” musiqi qrupu “Real Love”, “Stronger” siqnallarını və “Rather be” beynəlxalq himnini, soul-pop musiqisinin şöhrətli simalarından Con Nyuman “Blame”, “Gold Dust” və “Love Me Again” siqnallarını ifa ediblər.
Sonda möhtəşəm atəşfəşanlıq olub, bununla da, I Avropa Oyunları başa çatıb.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi