Seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində “Kəpəz” ötən gün ikinci yoxlama oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, komanda Gəncə şəhər stadionunda “Turan Tovuz”u qəbul edib.
Bir gün öncə Qəbələnin həvəskarlardan ibarət komandası ilə keçirilən görüşdə olduğu kimi məşqçilər korpusu Tovuz təmsilçisinə qarşı oyunda da heyətdə olan futbolçuları sınaqdan keçirib.
Matçda hesab 14-cü dəqiqədə açılıb. Gəncə təmsilçisindən hücumçu Ziyabil Məmmədov fərqlənib. İlk yarımsaatın tamamında qonaqlar 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazansalar da, “sarı-göylər”in qolkiperi zərbəni dəf edib. Amma 37-ci dəqiqədə Tovuz klubu qol vurmaq istəyinə çataraq hesabı bərabərləşdirib - 1:1.
“Kəpəz” ikinci hissəyə də qolla başlayıb. 55-ci dəqiqədə Rəhman Allahverdiyevin cinah keçidini 18 yaşlı Əli Səmədov məhsuldar zərbə ilə tamamlayıb. Bundan sonra oyunda nəticə dəyişməyib və qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuxarı
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"