“Bakı-2015” I Avropa Oyunlarında gümüş medal qazanan cüdoçumuz Orxan Səfərov Qol.Az saytına müsahibə verib.
- İlk öncə keçirdiyin bütün görüşlər haqda fikirlərini öyrənək...
- Avropa reytinqində birinci olduğum üçün 1/16 finaldan azad idim. 1/18 finalda isə Belarus idmançısı ilə qarşılaşdım. Finala qədər İsveç və İspaniya idmançıları ilə görüşdüm. Finalda rusiyalı idmançısı ilə qarşılaşdım və məğlub oldum. Qızıl medal qazana bilməsəm də, məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. İnanın arenadakı dəstəyi gördükdə gözlərim dolmuşdu.
- Finala qədər üz-üzə gəldiyin rəqiblərlə daha öncə qarşılaşmışdın?
- Yox, daha öncə onların hamısı ilə qarşılaşmışdım və heç vaxt da məğlub olmamışdım. Hətta bəziləri beynəlxalq yarışlarda 2-3 dəfə mənə rəqib olublar.
- Finalda qarşılaşdığın Rusiya cüdoçusu Bestan Mudranovla necə?
- Bestan Mudranovla buna qədər iki dəfə qarşılaşmışdım. Aramızdakı hesab 1:1 idi. “Bakı-2015”in finalından sonra isə hesab 1:2 oldu. Çalışacam ki, onu dünya çempionatında məğlub edim və aramızdakı hesabı bərabərləşdirim.
- Yarışdan öncə rəqiblərinlə hər hansı söhbətin olubmu? Ölkəmiz və Avropa oyunları ilə bağlı nə deyiblər?
- Onlar Azərbaycanda olmaqdan çox məmnundurlar. Hətta bəziləri Atletlər kəndini görəndən sonra şok olmuşdular. Özləri də etiraf edirlər ki, Azərbaycandan belə təşkilatçılıq gözləmirdilər. Yarışa çıxmamışdan öncə də arenadakı atmosferdən danışırdılar.
- Cüdo yarışlarına Avropa Oyunlarının son günlərində start verildi. Bu səbəbdən idmançılarda hər hansı həyəcan hiss olunurdumu?
- Bu günə kimi hara gedirdiksə, “Bakı-2015” haqqında danışılır, idmançılarımızın çıxışları müzakirə olunurdu. Bu da istər-istəməz bizi həyəcanlandırırdı. Əsas da məsuliyyət hissi bizi narahat edirdi. Bəlkə də Avropa Oyunlarının ilk günlərində çıxış etsəydik, bizim üçün daha rahat olardı.
- Avropa Oyunlarının Azərbaycanda keçirilməsi idmançılarımız üçün nə dərəcədə üstünlükdür?
- Bu gün biz çox gözəl bir idman bayramı yaşayırıq. “Bakı-2015” Azərbaycanın dünyada tanınması baxımından da böyük rol oynayır. İdmançılarımız üçün də xüsusi üstünlükdür. Çünki tatamiyə çıxanda insanların alqışları, arenada yaxınlarının olması bizə əlavə güc verir. Çox istərdim bir gün Yay Olimpiya Oyunları da Bakıda keçirilsin.
- Sənə bu yarışda ən çox dəstək verən kim oldu?
- Ən çox dəstək ailəm tərəfindən gəldi. Bu günə qədər də nə əldə etmişəmsə, buna onların sayəsində nail olmuşam. Bu qələbəni də onlara həsr edirəm.
Ergün SEYİD
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi