Bakının ev sahibliyi etdiyi ilk Avropa Oyunlarında təmsilçilərimizdən biri də 70 kq çəki dərəcəsində mübarizə aparacaq cüdoçu Validə Mirzəzadədir. Bir çox beynəlxalq turnirin qalibi və mükafatçısı olan Validə dünən gərgin məşq prosesindən sonra Qol.Az saytının suallarının cavablandırıb.
- Yorğun olmağından Avropa Oyunlarına ciddi hazırlaşdığın hiss edilir.
- Əlbəttə, yarışa ciddi hazırlaşırıq. İyunun 26-da çox mötəbər bir idman tədbirində iştirak edəcəm. Bu böyük idman bayramı həm ilk dəfə təşkil olunub, həm də vətənimizdə keçirilir. Hamımız üzərimizə düşən məsuliyyəti yaxşı başa düşürük. Gündə iki dəfə məşq edirik. Təxminən bir həftədir, məşqlərimiz nisbətən yüngülləşib. Əsasən səhvlərimiz üzərində işləyir, məşqçilərin köməkliyi ilə onları aradan qaldırmağa çalışırıq.
- Yəqin bütün Avropa idmançılarının iştirak etdiyi belə bir böyük idman tədbirində birinci dəfədir ki, tatamiyə çıxacaqsan. Həyəcan çoxdur?
- Deməzdim çoxdur, amma var. Bugünlərdə nəinki mən, bütün idmançılar həyəcanlıdırlar. Ancaq bacardığımız qədər bu hissi özümüzdən uzaqlaşdırmağa çalışırıq. Çünki həyəcan bizə ancaq mane ola bilər.
-Azərbaycanda ən çox inkişaf etmiş idman növlərindən biri də cüdodur. Azarkeşlər bu idman növündə də təmsilçilərimizdən çox medal gözləyirlər. Fikrincə, onların etimadlarını doğrulda biləcəksiniz?
- Biz buna çalışırıq. Fikrimcə, həm kişi, həm də qadın cüdoçularımız uğurlu çıxışlarımızla xalqımızı sevindirəcəyik.
- Hər bir cüdoçunun sevimli fəndi olur.Səndə bu fənd hansıdır?
- Daha çox əks-hücumlara üstünlük verirəm. Təbii ki, hər bir təcrübəli cüdoçu kimi, mənim də rəqiblərim üzərində əsas silahım, ən yaxşı bacardığım fənd var. Amma onu sizə deyə bilmərəm (gülür). Ən azı yarışlar başa çatana qədər.
- Avropa Oyunlarını mütamədi olaraq izləyirsənmi?
- Əfsuslar olsun ki, xeyr. Həm Oyunlara hazırlıq, həm də Atletlər kəndində qalmağımız buna mane olur. Amma efir vasitəsilə idmançılarımızın çıxışlarını izləməyə çalışıram. Bildiyimə görə, artıq qırxa qədər medalımız var.
- İlk Avropa Oyunlarına ev sahibliyi etmək dövlətimizin beynəlxalq aləmdəki statusuna necə təsir göstərəcək?
- İlk növbədə ölkəmizdə idmanın kütləviliyi artacaq. Dünya ölkələri arasında Azərbaycan haqda daha sağlam düşüncələr formalaşacaq. Dost da, düşmən də Azərbaycan idmançılarını tanıyacaq.
Kənan NOVRUZOV
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı
Amir Reza Ermənistanı deyil, Azərbaycanı seçdi
"Real"dan "Napoli"yə rədd cavabı
"Turan Tovuz"da ayrılıq
Kroyff idman direktoru olur
"İnter Mayami" Cənubi Amerika səyahətinə çıxır
Tanınmış futbolçu 5 ilə qədər həbs oluna bilər
Gəncə stadionu ilə bağlı son - Yenilik
Ter Ştegen bu kluba keçir
Kavani karyerasını başa vurdu
16 turda 16 böyükhesablı nəticə
Afrika Millətlər Kubokunun oyununda futbolçu huşunu itirdi
Ronaldo: "Oynamağa davam etmək çətindir"
“Qarabağ”ın rəqibindən hücumçu transferi
"Liverpul" 14 yaşlı ukraynalı futbolçu transfer etdi
Millimizin üzvü Superkuboku qazana bilmədi
“Napoli”nin qələbəsi - Video
“Tottenhem” səfərdə sevindi
“Milan” 3 xalı 3 qolla qazandı - Video
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"