Bu gün "Bakı-2015" I Avropa Oyunlarında cüdo yarışlarına start verilib.
Qol.Az-ın məlumatına görə, 4-ü kişi, 4-ü qadın olmaqla yığmamızın 8 üzvü mübarizəyə qoşulub.
Qeyd edək ki, 5 çəki dərəcəsindən 3-də ölkəmizi iki cüdoçu təmsil edəcək.
25 iyun
Kişilər
60 kq
Yığmamızın iki üzvü Orxan Səfərov və İlqar Müşkiyev mübarizəyə 1/8 finaldan start verəcəklər. Səfərov bu mərhələdə Arif Bağırovla (Belarus) qarşılaşıb. O.Səfərov rəqibinə ardıcıl iki dəfə yuko xalı ilə qiymətləndirilən fənd tətbiq edib. Daha sonra isə bir vazari xalı ilə qiymətləndirilən fənd işlədib. Lakin görüşün sonuna yaxın A.Bağırov bunlardan birinin əvəzini bir vazari balı ilə çıxsa da, Azərbaycan cüdoçusu O.Səfərov qalib gələrək 1/4 finala vəsiqə əldə edib.
Təmsilçimiz bu mərhələdə isveçrəli Ludovik Çammartinlə qarşılaşıb. Bir vazari və bir yuko xalı ilə qələbə qazan Səfərov yarımfinala adlayıb. O, bu mərhələdə ispaniyalı Fransisko Qarriqosla qarşılaşıb. Rəqibinin iki cərimə xalı ilə qiymətləndirilməsi cüdoçumuzu finala yüksəldib. Səfərov qızıl medal uğrunda yarışda rusiyalı Bestan Mudranovla üz-üzə gəlib. Həlledici görüşdə cüdoçumuz ipponla uduzub və gümüş medalla kifayətlənib.
İ. Müşkiyevin çıxışı uğursuz alınıb. Franssiko Qarriqosla üz-üzə gələn idmançımız rəqibinə yuko xalı ilə uduzub.
66 kq
Bu çəki dərəcəsində yarışacaq hər iki cüdoçumuz mübarizəyə 1/16 finaldan qoşulacaq. Nicat Şıxəlizadə ilk görüşündə türkiyəli Sinan Sandalla üz-üzə gəlib. O, rəqibini ippona salaraq məğlub edib. Cüdoçumuz 1/8 finalda italiyalı Elio Verde ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən idmançımız 1/4 finala yüksəlib.
Şıxəlizadə bu mərhələdə portuqaliyalı Serji Oleiniçlə üz-üzə gəlib və ipponla rəqibinə uduzub. Bununla belə, cüdoçumuz təsəlliverici yarışlara qatılmaq imkanı əldə edib. O, ukraynalı Georgi Zantaraya ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız bürünc medal uğrunda yarışacaq. O, son qarşılaşmasında rusiyalı Mixail Pulyayevlə üz-üzə gəlib. Tatami üzərində gərgin mübarişə şəraitində keçən görüşdə Rusiya təmsilçisi 3 dəfə sio ilə cərimələnməsinə baxmayaraq, qarşılaşmanın əvvəlində əldə etdiyi bir vaza-ari xalı hesabına qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.
Digər idmançımız Tərlan Kərimov isə rusiyalı Mixail Pulyaevlə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rus idmançısı vazari xalı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qadınlar
48 kq
Bu çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. İlk olaraq tatami üzərinə Leyla Əliyeva çıxıb. O, 1/16 finalda sloveniyalı Kristina Vrsiç qarşılaşıb. Bu görüşdə cüdoçumzu şido xalı ilə qalib gəlib. L.Əliyevə 1/8 finalda belçikalı Şarlin van Sniklə qarşılaşıb və məğlub olub.
Digər təmsilçimiz Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantseva ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibini ipponla mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda italiyalı Valentina Moskattla qarşılaşıb. Cüdoçumuz ippona düşərək uduzub.
52 kq
Yığmamızın üzvü Səkinə Zayirova mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk görüşündə israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirib. Bu döyüşdə cüdoçumuz ipponla uduzub.
57 kq
Millimizin medal ümidlərindən olan Kifayət Qasımova 1/8 finala vəsiqə uğrunda serbiyalı Yovana Roqiçlə yarışıb. K.Qasımova daha çox xəbərdarlıq (sido) aldığına görə tatamini məğlub tərk edib.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma" ilə üz-üzə
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi