"Atletiko" (Madrid) klubunun baş sponsoru dəyişib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın növbəti iki mövsüm üçün forma sponsoru "Plus500" şirkəti olacaq.
Bu isə o deməkdir ki, Dieqo Simeonenin komandası 2015/2016 mövsümündən oyunlara üzərində "Plus500" yazılı formalarla çıxacaq. Yeni formaların ictimaiyyət üçün rəsmi təqdimat mərasimi bu gün keçiriləcək. Klubun saytı isə artıq "Plus500" şirkətinin adı olan formanın şəkilini paylaşıb.
Qeyd edək ki, "Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə “Baku-2015” yazılı formalarla çıxıb. Həmin layihənin müəllifi, "Baghlan Group"un və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov olub. Lakin H.Məmmədov ciddi maliyyə problemləriylə üzləşdiyi üçün "Atletiko" ilə uğurlu əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb.
Yuxarı
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar
Mövsümün ən yaxşısı seçildi
La Liqa klubunda baş məşqçi ayrılığı
Niderland millisi DÇ-2026-ya bu heyətlə yollanır