Yağış "Qarabağ"ın planını pozdu (FOTOLAR)

Yağış "Qarabağ"ın planını pozdu (FOTOLAR)
XƏBƏR 21 İyun 2015 / 10:30 5388
-  A +

"Qarabağ" Avstriyada təlim-məşq toplanşını davam edir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kössen qəsəbəsindəki 2-ci hazırlıq günü  yağmurlu başlayıb.

Yağışların ara verməməsi komandanın səhər məşqinin trenajor zalında keçməsinə səbəb olub. Məlum səbəblərdən tam heyətlə çalışa bilməyən komanda toplu çalışmalara üstünlük verib.

Dani Kintana və Ansi Aqollinin  ardından  daha iki legioner “Qarabağ”ın düşərgəsinə qoşulub. Riçard Almeyda və Reynaldo Silva səhər saatlarında komandanın məskunlaşdığı otelə gəlib.  Cənubi amerikalılar axşam yüngül məşqlə kifayətləniblər.
















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər