Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” Gəncə şəhər stadionunda seleksiya xarakterli toplanışa start verib.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, məşqdən öncə Müşahidə Şurasının üzvləri və klubun rəsmiləri meydanda məşqçi heyəti və futbolçularla görüşüb.
Qurumun üzvlərindən Mikayıl Nərimanoğlu, Müşfiq Cəfərov və icraçı direktoru Mehman Allahverdiyev toplanışa qatılan oyunçular qarşısında çıxış edərək, onlara uğurlar arzulayıb. Özünü ən yaxşı tərəfdən göstərən futbolçuların məşqçilərin rəyi əsasında komandaya cəlb olunacağı bildirilib.
İlk məşq prosesində topa toxunuşu “Kəpəz”in tarixi keçmişi olan, veteran futbolçu Müzəffər Qasımovla komandamızın gələcəyi, “Mançester Yunayted” Yay Futbol Məktəbinə seçimlərdə sınaqdan uğurla çıxmış Nihat Fərəci edib. Bir-birinə ötürmələr edən ikili daha sonra meydanı komanda üzvlərinin ixtiyarına verib.
Qeyd edək ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev və köməkçisi Şakir Qəribov AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi yığma komandaların xarici səfərlərində olduğu üçün Nizami yurdunun təmsilçisini məşqə digər köməkçi məşqçilər çıxarıb. Xaliq Mərdanov, Füzuli Allahverdiyev və Nadir Şükürov ilk məşqdə futbolçulara tapşırıqlar verib. Səfərdə olan mütəxəssislər qarşıdakı günlərdə “Kəpəz”in düşərgəsinə təşrif buyuracaqlar. Nəzərinizə çatdıraq ki, seleksiya toplanışına Gəncədən olan 30 futbolçu qatılıb. Onlardan 13 oyunçu son mövsümdə komandanın şərəfini qoruyub.
Yuxarı
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
Millətlər Liqası başlayır
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti