"Rahat qələbə qazandım" – Radik İsayev

"Rahat qələbə qazandım" – Radik İsayev
BAKI-2015 19 İyun 2015 / 18:06 3913
-  A +

"İlk döyüşümdә bir qədər hәyәcanlı idim. Ona görә dә görüş çәtin keçdi. Amma әsas odur ki, işimin öhdəsindən gələ bildim və qәlәbә qazandım".
 
Bu sözləri Qol.Az-a açıqlamasında "Bakı-2015" I Avropa Oyunlarında finala vəsiqə qazanan taekvondoçumuz Radik İsayev deyib.

25 yaşlı idmançımız yarımfinalda rahat qələbə qazandığını bildirib: "Yarımfinalda daha rahat qәlәbә qazandım. Amma bu o demək deyil ki, rәqibim zәif idi. Sadəcə, mәn yaxşı döyüşdüm.

Finalda isə rəqibim Rusiya idmançısı Vladislav Larin olacaq. O, güclüdür. Daha öncə iki dәfә üz-üzә gәlmişik. Birindә mәn, digәrindә rəqibim qalib gәlib. Çalışacam ki, qızıl medalı qazanım".

Qeyd edək ki, Radik İsayev finalda qızıl medal uğrunda Rusiya idmançısı Vladislav Larinlə döyüşəcək. Görüşün saat 22:30-da başlayacağı gözlənilir.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar