"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir.
Qol.Az-ın məlumatına görə, yarışların növbəti günündə 3 kişi, ikisi qadın olmaqla 5 boksçumuz mübarizəyə qoşulub.
Qeyd edək ki, dünən 1/8 finala vəsiqə qazanan boksçumuz Collazo Sotomayor sabah rinqə çıxacaq. O, bu mərhələdə moldovalı Dmitri Qalaqotla döyüşəcək.
Kişilər
56 kq
Yığmamızın üzvü Tayfur Əliyev mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun ilk görüşündəki rəqibi rumıniyalı Nikolae Andreiana olub. Hər üç raundda rəqibinə qalib gələn boksçumuz 1/4 finala adlayıb. Əliyev bu mərhələdə Danimarka təmsilçisi Fredrik Yensenlə döyüşəcək. Görüşün iyunun 22-də saat 14:00-da başlayacağı gözlənilir.
81 kq
Dünən Böyük Britaniyadan Joşua Buatsiyə qalib gəlməklə 1/8 finala vəsiqə qazanan Teymur Məmmədov çıxışını davam etdirəcək. Avropa çempionumuz və Olimpiya oyunlarının bürünc mükafatçısı bu mərhələdə polşalı Yordan Kulinski ilə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala yüksəlib. T.Məmmədov bu mərhələdə Peter Millenberqi sınağa çəkəcək. Qarşılaşma iyunun 22-də saat 20:45-də olacaq.
91 kq
Ən ağır çəki dərəcəsində ölkəmizi Məhməmədrəsul Məcidov təmsil edəcək. Mübarizəyə 1/8 finaldan başlayacaq ikiqat dünya çempionumuz və Olimpiya Oyunlarının bürünc mükafatçısı bu mərhələdə Gürcüstan təmsilçisi Mixail Baxtidze ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. M.Məcidov 1/4 finalda Ali Demirezenlə üz-üzə gələcək. Döyüş iyunun 22-də saat 21:00-da start götürəcək.
Qadınlar
51 kq
Qadın boksçularımızdan rinqə ilk olaraq Anaxanım Ağayeva çıxacaq. Gənc boksçumuz 1/8 finalda Polşa təmsilçisi Sandra Drabiklə döyüşüb. Boksçumuzun çıxışı uğursuz alınıb. Rəqibinə 0:3 (36:40, 36:40, 36:40) hesabı ilə uduzan Ağayeva 1/4 finala yüksələ bilməyib.
75 kq
Digər qadın boksçumuz Leyla Cavadova da mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk görüşündə rusiyalı Yaroslava Yakuşina ilə üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq