"Qisasımı aldım" – Patimat Abakarova

"Qisasımı aldım" – Patimat Abakarova
BAKI-2015 16 İyun 2015 / 17:00 5233
-  A +

"Rus rəqibim çox güclü idi. Bundan öncə o idmançıya bir dəfə məğlub olmuşdum. Düşünürəm ki, ondan qisasımı aldım".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarında ölkəmizi təmsil edən taekvondoçumuz Patimat Abakarova (49 kq) deyib.

1/4 finalda yunanıstanlı İoanna Kuotsouya qalib gələrək yarımfinala adlayan idmançımız qızıl medal qazanmağa çalışacağını bildirib:

"Yunan rəqibimlə döyüşüm çətin oldu. Ancaq qələbə qazandığım üçün şadam. Çalışacağam ki, qızıl medal qazanım. Amma bunun üçün tələsmək olmaz. Bu idmandır, hər şey ola bilər".
 
Qeyd edək ki, Abakarova yarımfinalda serbiyalı Tiyana Boqdanoçivlə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk