"Hər iki rəqibim güclü idi" – Məhəmməd Məmmədov

"Hər iki rəqibim güclü idi" – Məhəmməd Məmmədov
BAKI-2015 16 İyun 2015 / 16:51 3019
-  A +

"İlk rəqibim gənclər arasında Olimpiya çempionu idi. Buna baxmayaraq, onu məğlub etməyi bacardım. İkinci rəqibim ispaniyalı Xesus Tortosa Qabrera isə gənclər arasında dünya çempionu olub".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarında ölkəmizi təmsil edən taekvondoçumuz Məhəmməd Məmmədov deyib.

1/4 finalda ispaniyalı rəqibinə uduzaraq yarışda mübarizəni dayandıran M.Məmmədov qarşılaşdığı hər iki rəqibinin güclü olduğunu bildirib: 

"Qarşılaşdığım hər iki rəqibim çox güclü idi. Nə qədər çalışsam da, ispan rəqibimə məğlub oldum. Öz vətənimdə uduzduğum üçün çox məyusam. Qarşıda məni Olimpiya oyunlarının təsnifat mərhələsinin döyüşləri gözləyir. Həmin görüşlərə yaxşı hazırlaşmağa çalışacam".

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk