Bu gün İtaliyanın idman şirkətlərinin məhsullarının Azərbaycanda təqdimatı ilə bağlı tədbir keçirilib.
Qol.Az-ın xəbərinə görə, tədbirdə çıxış edən İtaliya şirkətlərinin nümayəndələri məhsulları haqda məlumat veriblər.
Mərasimi giriş sözü ilə açan İtaliyanın Azərbaycandakı səfiri Campolo Kutillo I Avropa Oyunlarına ev sahibliyi edən Bakının qonaqları yüksək səviyyədə qarşıladığını bildirib: "Bakı çox gözəl şəhərdir və qonaqları yüksək səviyyədə qarşılayır. Avropa oyunlarından sonra İtaliya milli komandası oktyabr ayında "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq. Məlumat üçün qeyd edim ki, Avropa Oyunlarında iştirak edən idmançıların sayına görə ikinci yerdə məhz İtaliyadır".
DİADORA şirkətinin nümayəndəsi Andrea Polegato qeyd edib ki, şirkətləri İtaliyada çox məşhurdur:
"Demək olar ki, bütün idmançılar bu şirkətin məhsullarından istifadə edir. İdman və dəbi birləşdirmək bizim qanımızdadır. Bütün məhsullarımızı da bu istiqamətdə istehsal edirik. Bizim istehsalımız əsasən velosiped, tenis və rahat ayaqqabılardan ibarətdir. İnanırıq ki, Azərbaycan bazarına da öz məhsullarımızı daxil edə biləcəyik".
VİST şirkətinin nümayəndəsi Marko Riççini onlara Azərbaycanı görmək şansı yaradan hər kəsə təşəkkür edib:
" Bakı müasir və inkişaf etmiş bir şəhərdir. Sırf xizəkçiliklə bağlı məhsullar istehsal etdiyimiz üçün ola bilər ki, Azərbaycan bazarına çıxmaq imkanlarımız azdır. Amma yerli nümayəndələrlə görüşüb, gələcəkdə qış idman növləri məhsullarını Azərbaycan bazarına çıxarmaq istəyirik".
ASSOSPORT İdman Assosasiyasının prezidenti Emanuela Viel deyib ki, "Assossport" olaraq İtaliyada istehsal edilən bütün idman malları şirkətlərini özlərində birləşdirirlər:
"Çox şadıq ki, bu gün Azərbaycandayıq. Bilirik ki, bu son dərəcə önəmli bir hadisədir. Qeyd etmək istəyirəm ki, çox gözəl bir şəhərdəyik. Bakı müasir, yeniliklərə açıq olan və bizim məhsulları qəbul edə biləcək bir şəhərdir. Bu gün 2 böyük şirkətlə bu tədbirdə iştirak edirik. Azərbaycanda xizək idmanına böyük maraq var və bu idman növünün inkişafı ilə bağlı tədbirlər həyata keçirilir. VİST və DİADORA şirkətləri öz məhsulları ilə bu gün bu tədbirdə iştirak edir. Bu da Azərbaycanda velosiped idmanının inkişafi ilə bağlıdır".
İtaliya səfirliyi əlaqələrinin inkişafı departamentinin direktoru Luigi D'Aprea Bakıda keçirilən tədbirlə bağlı fikirlərini bölüşüb: "Bakıda ilk dəfə həyata keçirilən tədbir üçün İtaliya səfirliyinə minnətdarlığımı bildirirəm. Biz ASSOSPORT-la birlikdə italyan şirkətlərinin xarici ölkələrdə daha sistemli fəaliyyət göstərməyini qərara aldıq. "Bakı-2015" Avropa Oyunları da planlarımızı həyata keçirməyimiz üçün bir şans oldu. Bu gün qeyd olunduğu kimi 24 şirkət öz məhsullarını nümayiş etdirəcək. İtalyan dəbinin bütün sahələrdə üstünlüyünü qoruması bizə bu təşəbbüslə hərəkət etməyimizə stimul verdi. Bununla da, Avropa Oyunları İtaliya mallarının Azərbaycan bazarına daxil olmasına şərait yaratdı. İtalyanların Azərbaycanda daha çox yerləşməsi və fəaliyyət göstərməsi məhz dəblə bağlıdır. Biz çox şadıq ki, italiyan dəbi Azərbaycanda çox bəyənilir. Lakin bu, təkcə dəbə aid deyil. İdman sahəsində də üstünlük italyan mallarına verilir. Azərbaycan gənclərinin İtaliya mallarına üstünlük verməsinə çox şadam. Bu tədbirdə 2 şirkətin 800-ə yaxın məhsulu nümayiş olundu. Burada iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk".
Sonra İtaliyanın brend idman məhsulları nümayiş olunub.
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu