"Avropa Oyunlarının ilk günü, hələ açılış mərasimindən öncə Bakı Su İdman Mərkəzində Sinxron üzgüçülük yarışlarını izləməyə başladım. Onu da deyim ki, bu yarışlara ilk dəfə idi ki, canlı baxırdım. Musiqi ilə hərəkətlərin harmoniyası, suda sinxron rəqsləri izləmək çox maraqlı idi. 21 ölkədən idmançıların qatıldığı yarışda Azərbaycan və Türkiyə təmsilçiləri də vardı. Təəssüf ki, bizim idmançılar yüksək nəticələr göstərə bilmədilər".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid "Bakı-2015" Birinci Avropa Oyunları barədə fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə üçün ənənəvi olmayan Sinxron üzgüçülük yarışlarında idmançılarımızın çıxış etməsi sevindirici haldır:
"Türkiyədən Dəfnə Bakırcı və Gündes Misranın çıxışlarını da həm ilk gündə, həm də final günü maraqla seyr etdim. Onu da qeyd edim ki, Rusiyalı idmançılar Filenkova Valeriya və Kulaqina Dariyanın çıxışları da həqiqətən möhtəşəm və fərqli idi. Onlardakı dinamika, artistizm, peşəkarlıq elə çıxış başlayan kimi özünü biruzə verirdi. Finalda Ceyms Bond – Aqent 007 filminin musiqisi altında oyunlarını kiçik bir etüd, səhnəcik də hesab etmək olar. Bu mənada həmin duet haqlı olaraq qalib oldu. İspaniya, İtaliya, Ukrayna duetləri də diqqətimi cəlb etdi".
R.Məcid onu da qeyd edib ki, Bakı Su İdman Mərkəzi yüksək səviyyədə inşa olunub və ən ali standartlara cavab verir:
"Buranın texniki təchizatı da müasirdir. Bu yarışmaların peşəkar işıqlandırılması üçün imkanlar yaradılıb. İlk gündə, açılışdan öncə zalın tam dolu olmaması məni bir qədər məyus etmişdi, amma final günü Su İdman Mərkəzi tamaşaçılarla dolu idi və hamı yarışı maraqla, sona qədər izlədi. Məncə, ordakı həmyerlilərimizin böyük əksəriyyəti bu yarışlara ilk dəfədi ki, canlı baxırdılar. Bu da dövlətimizin bizlərə daha bir ərməğanıdır".
R.Məcid bir neçə gündür davam edən "Bakı-2015"lə bağlı təəssüratının yüksək olduğunu vurğulayıb:
"Açılış mərasimini də maraqla, həyəcanla və böyük qürur hissi ilə izlədim. Ədəbiyyatımızı, musiqimizi, milli ritmlərimizi, tariximizi özündə birləşdirən, ən yüksək səviyyədə nümayiş etdirən mərasim hələ uzun illər bizim və qonaqlarımızın yaddaşından silinməyəcək. Elə ilk günlərdən belə yüksək nəticə - 7 qızıl medal Azərbaycanın idman ölkəsi olmasının daha bir göstəricisidir".
R.Məcid bildirib ki, bu günlərdə Bədii Gimnastika zalında həmkarları ilə birgə gimnastika yarışlarını izləyəcək:
"Şübhəsiz ki, azərbaycanlı gimnastlara azarkeşlik edəcəyəm".
Yuxarı
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti