Bu gün "Bakı-2015" I Avropa Oyunlarında avarçəkmə yarışlarına start verilib.
Mingəçevirdə baş tutan yarışın ilk günündə 8 növ üzrə ilkin və yarımfinal mərhələsində yürüşlər keçirilib.
Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 nəfər iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk “7-lik”də start xəttinə çıxıb. O, məsafəni 4 dəqiqə 4,220 saniyəyə qat edib. Finiş xəttini 4-cü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz sabah saat 15:54-də start götürəcək yarımfinalda 4-cü zolaqda mübarizə aparacaq.
Kişilərin 1000 metr məsafəyə kayak yarışlarında 31 idmançı qüvvəsini sınayıb. İlkin mərhələdə 4 yürüş keçirilib. Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizəyə başlayıb.
Bu yarışda Almaniya idmançısı birbaşa final mərhələsinə vəsiqə qazanıb. T.Mustafayev isə sonuncu pillədə qərarlaşdığından növbəti mərhələyə keçə bilməyib.
Yığma komandamızın üzvü İnna Ospienko-Rodomska qadınların kayak yarışında uğurla çıxış edib. O, 500 metr məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb.
İ.Ospienko-Rodomska yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycanı avarçəkmə yarışlarında təmsil edən İ.Ospienko-Rodomska ilə yanaşı, Taras Matviyçuk, Sergey Bezuqlıy və Aleksey Kupin də yarımfinala yüksəliblər.
İnna Ospienko-Rodomska qadınların kayak yarışında uğurlu çıxışını davam etdirib. O, yarımfinal mərhələsində 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edərək növbəti - final mərhələsinə vəsiqə qazanıb.
İdmançımız finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparacaq.
Digər avarçəkənimiz T.Matviyçuk yarımfinal mərhələsində mübarizəni dayandırıb. Sergey Bezuqlıy - Aleksey Kupin kanoe cütlüyü isə 3:29.489 nəticə ilə finala adlarını yazdıra bilib (Trend.az).
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu