"Bakı-2015" I Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib.
Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, Milli Olimpiya Komitəsi bu vəzifəni 2015-ci ildə cüdo üzrə keçirilmiş bütün nüfuzlu yarışların qalibi Elmar Qasımova həvalə edib.
E.Qasımov iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış mərasimində ölkələrin təntənəli keçidi zamanı Azərbaycan yığmasının önündə bayraqla hərəkət edəcək.
Qeyd edək ki, bayraqdar adına Elmar Qasımovdan əlavə, sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov, Avropa və dünya çempionu Hacı Əliyev, cüdo üzrə dünya çempionu Elxan Məmmədov və boks üzrə Avropa çempionu, dünya və Olimpiya mükafatçısı Teymur Məmmədov da namizəd idi.
Mirça Luçesku vəfat etdi
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı