"Bakı-2015"in məşəli Respublika stadionunda

"Bakı-2015"in məşəli Respublika stadionunda
BAKI-2015 8 İyun 2015 / 22:00 2257
-  A +

"Bakı-2015" I Avropa Oyunlarının məşəli Tofiq Bəhramov adına Respublika stadionuna gətirilib.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, məşəli stadiona Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çatdırıb.

Respublika stadionu Oyunlar zamanı idmanın başqa bir növü – kamandan oxatma üzrə yarışlara ev sahibliyi edəcək. İyunun 16-dan 22-dək burada keçiriləcək yarışlarda 128 idmançı medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda "Sadko" limanında Prezident İlham Əliyev təhvil alıb və digər məşəl daşıyanlara ötürüb.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk