Birinci Avropa Oyunları başlamamış ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən daha bir tarixi qərar qəbul olunub.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bundan sonra köhnə qitənin digər ölkələrində təşkil ediləcək Avropa Oyunlarının məşəlləri məhz tarixi məkanımız olan Atəşgah məbədində alovlandırılacaq.
Hər mötəbər yarışın özünəməxsus rəmzi olur. Rəmzlər isə tədbirlərə ev sahibliyi edən ölkənin milli dəyərlərini özündə əks etdirməsi ilə diqqət çəkir. Tariximizə qızıl hərflərlə yazılacaq ilk Avropa Oyunlarının əsas rəmzlərindən biri də təbii ki, məşəldir. Tarixən Olimpiya Oyunlarının məşəli Olimp dağı zirvəsindən alovlandırılır. Əgər Yunanıstanda məşəllər süni linza ilə yandırılırdısa, birinci Avropa Oyunlarının məşəlinin aprelin 26-da Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğunda təbii odla alovlandırılması demək olar ki, bütün dünyanın marağına səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də iştirak etdikləri tarixi hadisədə məşəl məhz dövlətimizin başçısı tərəfindən alovlandırılıb və hazırda respublikamızın bölgələrini gəzməkdədir. Zəngin tarixi, adət-ənənələri, milli dəyərləri ilə digər xalqların böyük marağına səbəb olan Azərbaycan bu özəlliyi ilə də diqqəti cəlb edir. Məhz elə bu tarixi hadisə növbəti Avropa Oyunları üçün əsas nümunə götürülərək ölkəmiz adına daha bir vacib qərarın qəbul edilməsi ilə nəticələnib.
Sebastian Berqnenin Azərbaycanın ənənəvi metal işləmələrindən ilham alaraq hazırladığı dizayn əsasında yaradılan “Bakı-2015”in məşəlinin hündürlüyü 660 millimetrdir. Məşəlin gövdəsi yarışın brendindəki nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir. Qırx yeddi gün ərzində respublikamızın bölgələrində gəzintisi nəzərdə tutulan estafetə 1000-dən çox məşəlçi cəlb olunub və regionlarda “Alov festival”ları keçirilir. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.
Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və məşəl Bakıya gətirilənədək təxminən 5 min 500 kilometr məsafə qət edəcək. İlk Avropa Oyunlarının məşəli isə iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.
Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə bütün diqqətləri üzərinə cəlb edən Azərbaycan gələcək yarışlarda məşəli ilə də hər zaman xatırlanacaq. “Odlar Yurd”u Azərbaycanın bu alovunun qığılcımları isə növbəti Avropa Oyunlarını işıqlandıracaq.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video
Tiaqo Silva yenidən "Fluminense"də
Mbappe: “Messinin nə etdiyinə baxmıram”
Vikinqlərin unudulmayacaq qələbə sevinci - Video
Haaland dubl etdi, ən yaxşı seçildi
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - Rəsmi