Hollandiyanın "Vitess" klubu növbəti mövsüm Avropa Liqasında oynamaq hüququ qazanıb.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, komanda bu hüquqa yiyələnmək üçün "Heerenven"lə "pley-off" matçı oynayıb.
Səfərdə rəqibi ilə 2:2 bərabərə qalan "Vitess" doğma meydanda 5:2 hesabı ilə qalib gələrək Avropa Liqasına vəsiqə qazanıb. Komandanın rəhbərliyi bu qələbəni qeyri-adi şəkildə bayram edib. Klub rəhbərliyi və idarə heyətinin üzvləri matçdan sonra meydanın mərkəzində əyləşərək siqar çəkiblər.
Qeyd edək ki, "Vitess" klubu Avropa Liqasında mübarizəyə III təsnifat mərhələsindən start verəcək.
Yuxarı
"Barselona"da itki
"Liverpul"la razılaşdı
PSJ-yə qayıtdı
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video