Ukraynanın paytaxtı Kiyevdə ilk Avropa Oyunları ilə bağlı bayram yürüşü keçirilib.
Qol.Az-ın məlumatına görə, Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə baş tutan bayram yürüşündə Kiyevin tanınmış “Super Barabanşiçı” (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xreşatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər.
Şəhərin mərkəzində bayram yürüşü zamanı, həmçinin paytaxtın sakinlərinə və qonaqlarına I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara Oyunlar barədə ətraflı məlumat verilib.
“Super Barabanşiçı” ansamblının iştirakı ilə bir gün sonra ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında daha bir bayram yürüşü keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyulub. Abidə önündə çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının məsuliyyətini dərk etməklə bir daha idman ölkəsi olduğunu sübut edib. O bildirib ki, Azərbaycanda ilk Avropa Oyunları uğurla həyata keçiriləcək və bir daha gücümüz dünyaya bəyan olacaq.
Trend İnformasiya Agentliyinin baş redaktorunun müavini, "Düşüncə" İctimai Birliyinin sədri Emil Hüseynli isə çıxışında deyib ki, Azərbaycan I Avropa Oyunlarına yüksək standartlar tətbiq etməklə hazırlaşıb: “Azərbaycan dövləti və xalqı həmrəylik nümayiş etdirərək qarayaxma kampaniyasına baxmayaraq, ilk Avropa Oyunlarına ciddi hazırlaşıb. Oyunlardan sonra ölkəmizin qüdrəti bir daha dünya ictimaiyyətinə bəlli olacaq".
Qeyd edək ki, ilk Avropa Oyunları ilə bağlı tədbirlər Ukraynanın digər şəhərlərində də keçiriləcək.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?