Rusiyanı “Bakı-2015”də 15 boksçu təmsil edəcək

Rusiyanı “Bakı-2015”də 15 boksçu təmsil edəcək
BAKI-2015 31 May 2015 / 14:33 1259
-  A +

Moskvada keçirilən mətbuat konfransında Bakıda Avropa Oyunlarında iştirak edəcək boks üzrə Rusiya yığmasının heyəti müəyyənləşib.

Qol.Az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, yarışda Rusiyanın on boksçusu iştirak edəcək.

Bunlar Bator Saqaluyev (49 kiloqramadək çəki dərəcəsində), Vasili Vetkin (52 kq), Baxtovar Nazirov (56 kq), Konstantin Boqomazov (60 kq), Maksim Dadaşov (64 kq), Aleksandr Besputin (69 kq), Maksim Koptyakov (75 kq), Pavel Silyagin (81 kq), Sadam Maqomedov (91 kq), Həsən Gimbatovdur (91 kiloqramdan yuxarı).

Boks üzrə qadın yığmasının tərkibinə beş idmançı daxildir: Sayana Saqatayeva (51 kq), Yelena Savelyeva (54 kq), Zinaida Dobrınina (60 kq), Anastasiya Belyakova (64 kq), Yaroslava Yakuşina (75 kq).
 

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya