Müqəddəs Atəşgah məbədində alovlandırılan "Bakı-2015" birinci Avropa Oyunlarının məşəli bu gün Şamaxıya gətirilib.
Qol.Az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, şəhər möhtəşəm idman bayramını böyük təntənə ilə qarşılayıb. Şəhərin küçə və parkları, meydanları, xüsusən birinci Avropa Oyunları məşəlinin keçəcəyi ərazilər bayramsayağı bəzədilib. İnsanlar böyük coşqu və həyəcanla Qobustan rayonundan Şamaxıya gətirilməkdə olan Avropa Oyunlarının məşəlini gözləyirdilər.
Nəhayət, saat 19:30-da məşəl Şamaxıya çatıb. Şəhərin Heydər Əliyev parkının qarşısında, Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov qəbul edib.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospektinə, oradan isə S.Ə.Şirvani küçəsinə keçərək 2,81 kilometr məsafə qət edib, avtovağzal dairəsində qurulan səhnənin qarşısına gəliblər. Poverliftinq idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fərid Səmədzadə minlərlə insanın sürəkli alqışları altında səhnəyə qalxaraq məşəli alovlandırıb.
Yeniyetmələr arasında ağır atletika üzrə respublika turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi çırağını yandırıb və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Müqəddəs Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx təqdim olunub.
Alov festivalı, respublikanın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin ifasında bayram konserti şamaxılıların sevincini daha da artırıb.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?