"Bakı-2015” birinci Avropa Oyunlarının məşəli mayın 29-da Ağsuya gətirilib və burada minlərlə sakinin iştirakı ilə möhtəşəm qarşılanma mərasimi keçirilib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, birinci Avropa Oyunlarının məşəli şəhərin gül-çiçəklərlə bəzədilən, Azərbaycanın üçrəngli bayraqlarının dalğalandığı Heydər Əliyev prospektinin girişində, Oyunların rəmzi qapısında qarşılanıb. Məşəl rayon sakini, fəal gənc Elnur Fərzəlizadə tərəfindən qəbul edilib.
Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən ağsuluların alqışları ilə Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli küçəsindən keçməklə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gəliblər.
Ağsu Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Cəmil Atakişiyev səhnəyə qalxaraq məşəli alovlandırıb. Kik-boksinq üzrə dördqat dünya və Avropa çempionu Elşad Ələsgərov birinci Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Sonra birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Məşəlin qarşılanması münasibətilə təşkil olunan konsert, müğənni və rəqqasların bir-birini əvəz edən çıxışları iştirakçılara bayram sevinci yaşadıb.
Qarşılanma mərasimindən aldığı xoş təəssüratları AZƏRTAC-ın müxbiri ilə bölüşən ziyalı Şəfəq Balıyeva deyib: “İndi Ağsuda əsl məşəl təntənəsi yaşanır. Gündən-günə gözəlləşən rayonumuz ilk Avropa Oyunlarının məşəlini qarşıladı. Bu hadisə Ağsunun tarixində yadda qalan ən unudulmaz günlərdən biri olacaq. Doğma Vətənimiz ta qədim dövrlərdən bəri sülhə, dostluğa xidmət edən bir diyar olub. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi məhz ölkəmizin barışa, dostluğa necə önəm verməsinin sübutudur. Bu Oyunlar öz miqyasına, möhtəşəmliyinə görə dünya idman tarixində yeni bir səhifə açacaq”.
Məşqçi-müəllim Mübariz Məmmədov isə sevincini belə ifadə edib: “Uzun illədir ki, məşqçi-müəllim işləyirəm. Neçə-neçə yetirməm respublika və beynəlxalq yarışlarda ad qazanıb. Onların hər uğuru mənə sonsuz fərəh, iftixar gətirib. Amma etiraf edim ki, bugünkü kimi sevinc hissləri yaşamamışam. Ölkəmizin iqtisadi qüdrəti, respublikamızın bölgələrində tikilən nəhəng Olimpiya mərkəzləri, idman kompleksləri, beynəlxalq turnirlərdə qazandığımız yüksək titullar Azərbaycanımızı dünya idman arenasında tanıdıb. Bütün bunlar birinci Avropa Oyunları kimi nəhəng bir beynəlxalq tədbirə məhz Azərbaycanın ev sahibliyi etməsinə səbəb olub. Heç şübhə yoxdur ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox bu cür unudulmaz tarixi günlər yaşayacaq”.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?