Ermənistan televiziyası "Bakı-2015" I Avropa Oyunlarının yayım hüququnu alıb.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə "EurActiv" nəşrinə müsahibəsində Azərbaycanın gənclər və idman naziri, Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, nə Ermənistan, nə də başqa ölkə "Bakı-2015"i boykot etmə və ya Oyunlara qatılmama barədə məsələni heç vaxt müzakirə etməyib: "Təqribən 6 200 idmançı gələcək. Onları 3 000 nümayəndə heyətinin üzvü müşayiət edəcək".
Nazirin sözlərinə görə, idman siyasət deyil. Amma idman tədbirləri xeyli insanın diqqətini cəlb edir: "Müxtəlif qurumlar, əsasən də qeyri-hökumət təşkilatları müəyyən problemlərə diqqəti cəlb etməyə çalışırlar. Bu, 2014-cü il Soçi Qış, 2008-ci il Pekin və hətta 2012-ci il London Yay Olimpiya Oyunlarına münasibətdə də baş verib. Londonda binaların dağıdılması, insanların öz evlərindən köçürülməsi ilə bağlı xeyli etiraz aksiyası keçirilib. Deyərdim ki, bunlar normal prosesdir. Amma Oyunları boykot çağırışları ağlasığmazdır. Çünki bu yarış xalqları birləşdirmək üçün çox yaxşı imkandır. Bu, dostluq festivalı, insanların toplaşdığı bayram, sağlam həyat tərzinin təbliğidir".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir