"Bakı-2015" Avropa Oyunlarının məşəli Yevlaxa gətirilib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Avropa Oyunlarının məşəli mayın 13-də günorta Yevlax şəhərinə çatıb. Sambo üzrə 3 dəfə ölkə çempionu olmuş Aslan Mirzəyev həmyerlilərinin alqış sədaları altında məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başlayıb. On məşəlçi 3 kilometrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Ceyhun Mustafayev küçəsi və Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər. Sonuncu yürüşçü – Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov burada qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırıb. Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları altında rayon ictimaiyyətinə təqdim edilib. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı yevlaxlıların məşəl sevincini daha da artırıb.
Rayonun fəal gənclərindən olan Əli Quliyev ilk Avropa Oyunları məşəlinin Yevlax şəhərinə gətirilməsindən duyduğu sevinci "Azərtac"ın müxbiri ilə bölüşərək deyib: “Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir Azərbaycan gənci kimi mənim də ürəyimcədir. Oyunların məşəlinin bu gün Yevlax şəhərində yandırılması biz yevlaxlı gəncləri sevindirir, qürurlandırır. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bu gün Qarabağın qapısı adlandırılan Yevlaxda yandırılan alov, tezliklə Qarabağın mərkəzində - Şuşa şəhərində də şölə saçsın”.
Yevlaxda nəşr olunan “Kür” qəzetinin redaktoru Əminə Əhmədova birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Elimizin ağsaqqalları, ağbirçəkləri ömrün gilə-gilə əriyən günlərinə baxıb deyərdilər. Ötən günə gün çatmaz, calasan günü günə. Amma mən bu gün birinci Avropa Oyunlarının məşəlinin işığına toplaşmış yevlaxlıların sevinc, qürur, səadət içində olan çöhrələrinə baxıb deyərdim ki, ötən günə gün çatar və bu gün illərə də dəyər. Çünki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan tarixə düşür. Bu oyunlar Azərbaycanın sürətli inkişafını, xalqımızın milli dəyərlərini və tolerantlığını dünyaya nümayiş etdirəcək. Oyunların Bakıda keçirilməsi bir daha təsdiqləyir ki, dünyanı cənginə alan iqtisadi böhran Azərbaycanın uğurlu inkişafına təsir etməyib. Əksinə, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsini üzərinə götürməklə dünyada artan nüfuzunu daha da yüksəltmiş, etibarlı tərəfdaş olduğunu bir daha sübut etmiş oldu. Ölkəmizə və idmançılarımıza uğurlar və qələbə arzulayıram”.
İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısı Yevlaxdan qədim Nüşabə yurdu Bərdəyə yola salınıb.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?