Bu gün Dənizkənarı Milli Parkda “Bakı-2015”in dəstəkçisi və məhsulların tədarükçüsü “Bazarstore”un dəstəyi ilə ilk Avropa Oyunlarının rəsmi mağazasının açılış mərasimi olub.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, mərasimdə çıxış edən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların rəsmi məhsullarının satışa çıxarılmasından məmnunluğunu bildirib. İki həftə əvvəl ilk Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırıldığını bildirən Saymon Kleq hazırda məşəlin Azərbaycanın bölgələrini dolaşdığını və vətəndaşların bu möhtəşəm idman tədbirində fəal iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, “Bazarstore” mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar Azərbaycanda, eləcə də bütün Avropada yaşanacaq bu idman həyəcanını hər bir kəsin hiss etməsinə imkan yaradacaq.
Satışa çıxarılan məhsulların üzərində ilk Avropa Oyunlarının brendinin həkk olunduğunu bildirən Saymon Kleq mağazaların “Bakı-2015”in azarkeşlərinə böyük hədiyyə olduğunu diqqətə çatdırıb.
“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək şöbəsinin müdiri Afiq Səfərov deyib: “Bazarstore” komandası olaraq “Bakı-2015”in uğuru üçün həm bir təşkilat, həm də Azərbaycan vətəndaşı kimi, əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Məhsulların dizaynı xüsusi olaraq, “Bakı-2015” üçün yaradılıb və onlar öz orijinallığını təsdiqləyəcək holoqram ilə təmin olunub. Satışa çıxarılan məhsulları “Bazarstore” mağazalar şəbəkəsindən, paytaxtdakı 3 ticarət mərkəzindən, Atletlər və Media kəndlərindən əldə etmək mümkündür”.
Sonra Saymon Kleq və Afiq Səfərov mağazanın rəmzi açılışını bildirən lenti kəsiblər.
“Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin, “Alovqoruyan”ların qatıldıqları açılış mərasimi paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?