Benzema məşqlərə başladı

Benzema məşqlərə başladı
XƏBƏR 7 May 2015 / 18:22 3121
-  A +

Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə görüşdə zədələnən "Real"ın hücumçusu Kərim Benzema məşqlərə başlayıb.

Qol.Az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, fransız futbolçu komandanın bugünkü məşqində iştirak edib.

Onun Çempionlar Liqasının yarımfinalında "Yuventus"la görüşdə meydana çıxa biləcəyi ehtimal olunur.

Qeyd edək ki, "Real" - "Yuventus" oyunu mayın 13-də Madriddə keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də veriləcək.

Benzema məşqlərə başladı

 

Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner