Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşü start götürüb.
Qol.Az-ın məlumatına görə, 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.
Nüfuzlu yarışın ilk mərhələsi Azərbaycanın "Synergy Baku" komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, ölkəmizin Elit yığma komandasının da şərəfini qoruyan Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib və bununla da qırmızı rəngli "AZAL" köynəyini əldə edib.
Mərhələ qalibinə gəlincə, Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Marko Kump 3 saat, 36 dəqiqə, 59 saniyə nəticə ilə məsafəni hamıdan tez qət edib və bununla da mərhələ qalibinə verilən mavi rəngli "Synergy" köynəyinə sahib olub.
İtaliyanın "Androni Giocattoli" komandasının üzvü Françesko Kiki, həmçinin Azərbaycanın "Synergy Baku" və Elit yığma komandasının üzvü Maksim Averin isə liderdən cüzi fərqlə geri qalmaqla müvafiq olaraq 2-3-cü yerləri tutublar. Mərhələ qalibi olmuş Marku Kump ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR" köynəyini də ələ keçirib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Belarusun "Minsk" komandasının üzvü Vladimir Harakavik fərqlənməklə bənövşəyi rəngli "Ataholding" köynəyinə yiyələnib.
Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib. 3-cü olan Maksim Averini isə atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin təltif edib.
“Komanda yoldaşlarıma təşəkkür edirəm. Əvvəldən də planımız belə idi, mən və ya digər komanda yoldaşım dağ mərhələsinin qalibi olsun". Bu sözləri mərhələnin ən yaxşı dağ velosipedçisi, "Synergy Baku"nun üzvü Elçin Əsədov deyib. Onun sözlərinə görə, komandanın taktikasına əsasən, Maksim Averinin də ilk üçlüyə düşməsi əvvəlcədən planlaşdırılmışdı. Mərhələni 3-cü pillədə bitirən Maksim Averin isə hisslərini bu cür bölüşüb: "Hədəfimizə çatdıq. Fəxri kürsüyə qalxıb mükafatçı olmağı bacardıq. Komanda yoldaşlarıma təşəkkür edirəm”.
İlk mərhələdən sonra "Synergy Baku" komanda hesabında 2-ci yerdədir. Sabah "Tour d’Azerbaïdjan-2015" veloyürüşün 2-ci mərhələsinin startı saat 10:30-da Veloparkdan veriləcək. Velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar.
Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi