"Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Yardımlı rayonundan sonra Masallıya gətirilib.
Qol.Az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutan sakinlər məşəl yürüşünün iştirakçılarını qarşılamaq üçün şəhərin küçə və meydanlarında toplaşıblar.
Masallı şəhərindəki Olimpiya İdman Kompleksinin qarşısında məşəlin qarşılanma mərasimi oldu. Yüzlərlə rayon sakini yürüş iştirakçılarını böyük sevinclə qarşılayıblar.
Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli cüdo üzrə əməkdar məşqçi, idman ustası Xanağa Quliyev qəbul etdi. On məşəlçi Oyunların rəmzi qapısından başlayaraq 3,6 kilometr məsafədə yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Talışxanov, Dadva və Qarabağ küçələri boyunca hərəkət edərək Qəhrəmanlar parkının qarşısına gəldilər. Buradakı meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.
Cüdo və sambo üzrə dünya çempionatının gümüş, Avropa çempionatının bürünc mükafatçısı, dəfələrlə Azərbaycan çempionu adını qazanmış Hikmət Alışov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb.
Mərasimdə aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Sonra “Bakı-2015”in çırağı yandırıldı və Oyunlar başa çatana qədər saxlanılması üçün rayonun gənc idmançısı Ülkər Əliyevaya təqdim olunub.
Birinci Avropa Oyunlarının məşəli Masallıdan Biləsuvar rayonuna yola salınıb.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu