"Bakı-2015"in serbiyalı 3x3 basketbol komandasının üzvlərindən ibarət İdman Elçiləri Marko Saviç, Dusan Domoviç Bulut and Marko Zdero, Bakı 2015 Avropa Oyunları üçün inşa edilmiş idman obyektlərini və Atletlər Kəndində yaradılam şəraiti yüksək qiymətləndiriblər.
Qol.Az-ın məlumatına görə, "Bakı-2015" Avropa Oyunlarının 3x3 basketbol yarışlarında mübarizə aparacaq 3 idmançı şəhərdə təşkil olunan beynəlxalq yoldaşlıq turnirində qalib gəldikdən sonra "Bakı-2015"in Atletlər Kəndində olublar.
Zdero və Saviç 2012-ci ildə 3x3 basketbol üzrə keçirilən ilk dünya çempionatının nəfəs kəsən final oyununda qələbə qazanmışdılar və onların hər üçü 2014-cü ildə komanda ikincilik əldə edərkən də onun tərkibində çıxış edirdilər.
Üç idmançının ən ucaboylusu, boyu 198 sm olan Marko Saviç Bakını ev sahibi şəhər kimi alqışlayaraq aşağıdakıları deyib: “Bakının heyranedici olduğunu düşünürəm və gördüyüm qədərilə Avropa Oyunları üçün hazırlanmış bütün arenalar dünya standartlarına cavab verir. Azərbaycanda idmana diqqət haqqında çox eşitmişəm və Oyunlar yaxınlaşdıqca şəhərin hər bir nöqtəsində həyəcan və marağı hiss etmək mümkündür. Avropa Oyunları kimi mötəbər yarışda bu cür idman həvəskarlarının qarşısında çıxış etmək hər birimiz üçün böyük qürurverici anlar olacaq”.
Marko Zdero isə bunları əlavə edib: “Bakıya gələ bildiyimiz və mübarizə ab-havasının hakim olduğu şəhər ilə yaxından tanış ola bilməyimizdən məmnunuq. Avropa Oyunları bizim üçün çox önəmli yarışdır və Bakı 2015-in hazırlıq prosesinin son mərhələsinin başladığı bir vaxtda bu həftəsonu bizim üçün mühüm təcrübə oldu".
Dusan Domoviç Bulut isə əsas məqsədləərinin Avropa Oyunlarının çempionu olmaq olduğunu vurğulayıb: “Bu, idman tarixinin ilk Avropa Oyunlarıdır və bizim məqsədimiz 3x3 basketbolu üzrə Avropa Oyunlarının çempionu olmaqla tarix yazmaqdır. Mən "Bakı-2015"də Serbiyanı təmsil etmək üçün yenidən Bakıya qayıdacağım məni şərəfləndirir”.
Yeni, 3x3 basketbol idman növü üzrə iyunun 23-dən etibarən, 4 gün ərzində 2 medal dəsti uğrunda 128 idmançı mübarizə aparacaq. Biletləri Park Bulvar, 28 Mall və Metro Park alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının müxtəlif əlverişli yerlərində quraşdırılmış 11 bilet satış məntəqəsindən, yaxud da, Baku2015.com/tickets saytından onlayn üsulla almaq mümkündür.
Serbiyanın Dusan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdən ibarət 3x3 basketbol komandası ilə yanaşı, almaniyalı tennisçi Dimitriy Ovçarov, yunan qılıncoynadan Vasiliki Vougiouka, irland boksçu Keti Teylor, BB-nın taekvondo komandasının üzvü Ceyd Cons, fransız bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və polşalı dağ velosipedçisi Maya Vlosçovska "Bakı-2015"in beynəlxalq İdman Elçiləridirlər. Yaxın gələcəkdə növbəti Elçilərin adları da açıqlanacaq.
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə
“Qalatasaray” istəyinə ikinci hissədə çatdı - Video
Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Mbappe və Ardanın qolları qələbə gətirdi - Video
Cəlalın komandasından böyükhesablı məğlubiyyət
I Liqada ilk tura yekun vuruldu
"Yuventus" - "İnter" matçında 7 qol vuruldu - Video
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
"Komandamla qürur duyuram" - "İmişli"nin baş məşqçisi