Çilinin paytaxtı Santyaqo şəhərində keçiriləcək güləş üzrə Panamerika çempionatından öncə Dünya Güləş Birliyi (UWW) Amerika Şurasının növbəti Konqresi keçirilib.
Qol.Az-ın "Report" agentliyinə istinadən yaydığı xəbərə görə, tədbirdə AGF-nin I vitse-prezidenti, UWW İdarə Heyətinin üzvü Namiq Əliyev və baş katib Əjdər Cəfərov da iştirak edib.
Şuraya üzv ölkə federasiyalarının rəhbərləri ilə yanaşı, UWW İdarə Heyəti üzvlərinin də qatıldığı Konqresdə qurumun Amerika Şurasının prezidenti Fransisko Eduardo Lee Lopez tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına xüsusi yer ayırıb. O, Azərbaycanın "Bakı-2015"ə hazırlıq işlərini yüksək qiymətləndirib.
N.Əliyev isə Konqresdə geniş təqdimatla çıxış edib. Azərbaycanın Avropa Oyunlarına hazırlığından bəhs edən video və fotoslayd nümayiş etdirildikdən sonra AGF rəsmisi qısa müddət ərzində Oyunlara hazırlıqla bağlı görülmüş işlər barədə Konqres iştirakçılarına məlumat verib. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqət mərkəzində saxladığını bildirib. AGF rəsmisi qeyd edib ki, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Bakı-2015-in nəinki Avropanın, eləcə də bütün dünya idmansevərlərinin unudulmaz bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssis yüksək əzmkarlıqla çalışır:
“Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda hər il xeyli beynəlxalq yarış təşkil olunur. Biz inanırıq ki, startına 50 gündən az vaxt qalan və ilk dəfə keçiriləcək Avropa Oyunları da dünya idmanı tarixində öz layiqli yerini tutacaq. Azərbaycan dünya miqyaslı idman və digər tədbirlərin təşkili sahəsində zəngin təcrübəyə malikdir. Qazanılmış bu təcrübə I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycana, onun paytaxtı Bakıya cəlb edəcək və 17 gün ərzində idman dünyasının nəbzi məhz Bakıda döyünəcək. 20 idman növü üzrə yarışların baş tutacağı Oyunlarda güləş bizim üçün xüsusi əhəmiyyət
kəsb edir. Çünki bu, bizim milli idman növümüzdür. Ölkəmizdə güləşin dərin tarixi kökləri vardır”.
Daha sonra Konqres iştirakçılarına Azərbaycan Güləş Federasiyası tərəfindən ziyafət verilib.
Qeyd edək ki, “Bakı-2015”in proqramına güləşin hər 3 növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13 - 18 iyunda keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi