Bu gün, Bakı 2015, polşalı dağ velosipedi idmançısı Maya Vloşçovskanın bu yayın ən mötəbər tədbirinin idman elçisi olacağını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Maya Vloşçovska Pekin-2008 Yay Olimpiya Oyunlarında dağ velosipedi idmanının kros-kantri proqramı üzrə qadınlar arasında keçirilmiş yarışın gümüş medalını, 2010-cu ildə isə eyni idman növü üzrə dünya çempionu adını qazanıb.
İlk əhəmiyyətli qələbəsini 2003-cü ildə dağ velosipedi üzrə marafon yürüşünün dünya zirvəsinə yüksəlməklə əldə edən təcrübəli idmançı bu günə qədər dünya və Avropa çempionatlarının 22 medalını qazanıb.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq açıqlamasında bildirib ki, Mayanın beynəlxalq idman elçisi kimi Oyunlara cəlb edilməsi ilk Avropa Oyunlarının əhəmiyyətinə daha bir bariz nümunə və bu yay Bakıya gələcək idmançıların səviyyəsinin əyani göstəricisidir: “Karyerası boyunca Mayanın əldə etdiyi uğurlar onun dağ velosipedi idmanına bağlılığını nümayiş etdirir və iyun ayında Avropa Oyunlarında onun yarışlarda iştirakını səbirsizliklə gözləyirik.”
Bakı 2015-in idman elçiləri mübarizə apardıqları idman növünü təmsil etməklə qitədə və sosial mediada həyata keçirilən marketinq kampaniyalarında Avropa Oyunlarının təbliğatında iştirak edəcəklər.
31 yaşlı Maya Vloşçovska deyib: “Avropa Oyunlarının idman elçisi seçilməyim məni çox həyəcanlandırır və bu yay Bakıda mübarizə aparacağım günü səbirsiziklə gözləyirəm. Oyunların və dağ velosiped idmanının Avropada, eləcə də, bütün dünyada nüfuzunu artırmaq üçün əlimdən gələni etməyə hazıram.”
Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andrjey Krasniçki deyib: “Maya Bakı 2015-in elçi proqramı üçün əla seçimdir və onun Oyunları Polşada təbliğ etmək və bu yay idmançılarımıza dəstək olmaq üçün səylərini əsirgəməyəcəyinə əminəm.”
Maya Vloşçowska almaniyalı stolüstü tennisçi Dimitri Ovçarov, yunan qılıncoynadan Vasiliki Vuqiuka, irlandiyalı boksçu Keti Teylor, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Poulsen və Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdən ibarət Serbiya 3x3 basketbol komandasından sonra Bakı 2015-in növbəti beynəlxalq idman elçisi oldu. Yaxın gələcəkdə daha bir neçə idmançının da bu proqrama cəlb oluna bilər.
Bakı 2015-in dağ velosipedi üzrə yarışları iyunun 13-ü, şənbə günü, Dağ Velosipedi Parkında baş tutacaq. Biletləri “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının 11 əlverişli məkanında quraşdırılmış bilet satış məntəqələrindən və www.baku2015.com/tickets saytından onlayn rejimdə almaq mümkündür.
Yuxarı
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir