Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib.
Qol.Az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğu İdarələrinin, “Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutu üzərindəki rayonların və şəhərlərin İcra Hakimiyyətləri başçılarının nümayəndələri və veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak edib.
İclası giriş sözü ilə açan turun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illiyinə həsr olunan 5 mərhələdən ibarət "Tour d'Azerbaidjan-2015" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 6-da start götürəcək "Tour d'Azerbaidjan-2015" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.
Təşkilat Komitəsinin sədri qeyd edib ki, bu mərhələlərdən üçü dəyişilməz qalıb. Turun 4-cü və 5-ci mərhələlərinin marşrutları isə dəyişdirilib ki, bu da iyunda təşkil olunacaq Bakı-2015 ilk Avropa Oyunları ilə bağlıdır. Belə ki, Oyunlara 1 ay qalmış dünya idman ictimaiyyətinin diqqətini avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərinə də cəlb etmək və Avropa Oyunları zamanı Bakıda nəqliyyatın rahat hərəkətinin təmin edilməsi məqsədilə veloturun 5-ci, Bakı mərhələsinin də marşrutu Oyunların Təşkilat Komitəsinin xahişinə uyğun olaraq müəyyən edilib.
Sahib Ələkbərovun sözlərinə görə, “Tour d’Azerbaidjan” yarışında 24 ölkədən 25 kollektivin iştirakı təqdiqlənib ki, onlardan da 4-ü pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 17-si kontinental, 4-ü isə milli komandadır. Federasiya rəsmisi “Eurosport” kanalı tərəfindən 3, “İdman Azərbaycan” kanalı vasitəsilə 5 mərhələsi canlı yayımlanacaq velotur vasitəsilə Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunun bütün dünyaya nümayiş etdiriləcəyini də vurğulayıb.
İclasda “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib. İclasda Prezident Administrasiyasının Humanitar-Siyasət məsələləri şöbəsinin sektor müdiri Ramiz Muxtarov da iştirak edib.
Onu da qeyd edək ki, “Tour d’Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplaya biləcəklər.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik