AFFA İntizam Komitəsi I divizionun XXIV turunun "Rəvan” – "Qaradağ Lökbatan” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 77-ci dəqiqədə "Rəvan"ın qolunun oyundankənar vəziyyətdən vurulmasına etiraz edən qonaq komandanın futbolçusundan klub prezidentinədək cəzalandırılıb.
Komitənin rəsmi açıqlamasında bildirilir ki, həmin epizodda "Qaradağ Lökbatan” T.Mustafayevin göstərişilə meydanı tərk edib. Klub prezidenti öz hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirib, hakimləri təhqir edib. Lakin matçın hakim-inspektorunun təkidi ilə oyun 12 dəqiqədən sonra bərpa olunub və matç sona qədər oynanılıb.
İntizam Komitəsi "Qaradağ Lökbatan”ı 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 100 manat, meydanı özbaşına tərk etdikləri üçün 1000 manat cərimələyib. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq. Bundan başqa "Qaradağ Lökbatan”ın baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzaya, klub 100 manat cəriməyə məruz qalıb. Meydanı tərk edərkən klubun prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasını və Hakimlər Komitəsini təhqir etdiyindən, onun 10 oyun stadiona girişinə qadağa qoyulub, klub 2000 manat cərimələnib.
"Rəvan"a gəldikdə, 85-ci dəqiqədə futbolçusu Ceyhun Cavadovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəbindən, oyunçu 1 matçlıq cəzalanıb, klub 20 manat cərimə olunub.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video