Bakıda 16 yaşadək qızlardan ibarət komandalar arasında keçirilmiş UEFA-nın İnkişaf turnirinin qalibi olan müvafiq yaş qrupuna aid Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, S.Əsgərov komandasının turnirdəki çıxışı və qarşıdakı hədəflərini haqda danışıb.
- İlk öncə turnirlə bağlı fikrinizi bilmək istərdik. Təəssüratlarınız necədir?
- Bu qəbildən olan turnirlər qadın futbolu sahəsində yeni işə başlayan ölkələr üçün çox əhəmiyyətlidir. Həm futbolçuların beynəlxalq təcrübə toplaması, həm də komandadakı problemləri görmək baxımından vacib oyunlar keçirdik. Ümumiyyətlə, il ərzində belə turnirlər iki dəfə keçirilir. Birincisi Bakıda təşkil olundu, digəri isə iyulda Moldovada baş tutacaq. Məqsədimiz paytaxtımızdakı turniri qələbə ilə başa vurmaq, həm də komandadakı problemləri üzə çıxarıb, aradan qaldırmaq idi. Qaydalara əsasən, komandanın bütün üzvləri 3 oyun ərzində ən azı 80 dəqiqə meydanda olmalı idilər. Onu da qeyd edim ki, biz yeni komanda qururuq. Ötənilki heyətin əksər üzvləri yaşla əlaqədar komandadan ayrıldılar. Bu, yeni komanda ilə ilk ciddi turnirimiz idi. Komandadan tam razı olduğumu deməyim düzgün çıxmazdı. Çünki səhvlərimiz var, amma bunlar düzəldilə biləcək səhvlərdir. Bunun üçün vaxtımız da var. Qazaxıstan yığması ilə oyundan razı qalmadım. Zəif çıxış etdik. Məcburiyyətdən edilən əvəzetmələrin də buna təsiri oldu. 80 dəqiqə limiti bu oyunda dolmalı idi ki, biz Yunanıstanla oyuna əsas heyətlə çıxaq. Milliyə yeni dəvət etdiyimiz futbolçular var, onlar hələ tam uyğunlaşmayıblar.
- Səhvlərdən danışdınız. Həmin səhvlər nədən qaynaqlanırdı?
- Qadın futbolunda inkişaf etmiş ölkələrdən deyilik. Bu sahədə ilk addımlarımızı atırıq. Bakıda hazırlıq keçən zaman yoxlama oyunu keçirmək üçün sparrinq-rəqibimiz ola biləcək qadın komandaları tapa bilmirik. Məcburiyyətdən oğlanlarla oynayırıq. Həmin oyunlar da biz istəyən effekti vermir. Həm də beynəlxalq yarışlar zamanı qızlar təzyiq altında olurlar. Çünki oyun təcrübəmiz azdır. Əksəriyyəti milliyə yeni dəvət edilib. Səhvlər də həmin gərginlikdən qaynaqlanır. Taktiki-texniki səhvlərimiz olur, üzərində işləməliyik.
- Hazırda bir neçə yaş qrupu üzrə qızlar liqaları keçirilir. Liqalar seçim imkanlarınızı artırırmı?
- Kütləvilik baxımından hər şey bizi qane edir. Artıq bu say çoxluğunu keyfiyyətə çevirməliyik. İndi maraq yaranıb, qalır keyfiyyəti artırmaq. AFFA-nın liqaları təşkil etməkdə əsas məqsədi də budur. Bu gün ölkəmizdə istedadlı qızlar çoxdur. Yeni bir layihəmiz var. Layihəyə əsasən klublardakı istedadlı qızlara həftənin 5 günü yığmanın məşqçiləri əlavə məşqlər keçir. Artıq bunun bəhrəsini görürük.
- Bu, klubların işinə mane olmur ki?
- Xeyr, çünki həftəsonu onlar klublarına yollanırlar və çempionat oyunlarında iştirak edirlər.
- Təbii ki, bu hazırlığın hamısı payızda keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları üçündür. Qrupda Çexiya, Belçika və Gürcüstan yığmaları ilə qarşılaşacaqsınız…
- Məqsədimiz seçmə oyunlar zamanı uğur qazanmaqdır. İkinci mərhələyə yüksəlmək istəyirik. Bunun üçün imkan da var. Hər 3 oyundan qənaətbəxş nəticə ilə ayrılmaq istəyirik.
- Komandada özünəinam hansı səviyyədədir?
- Futbolçular Gürcüstan yığması ilə əla oynadılar. Qazaxıstan komandası ilə matçda zəif oynamağımızın səbəbi həm də gürcülərə qarşı oynayan futbolçularda bir qədər arxayınlıq yaranması oldu. Fikirləşdilər ki, Yunanıstan Qazaxıstana 10 qol vurub, biz də vuracağıq. Hər nə qədər onları bu ab-havadan ayırmaq istəsək də, alınmadı. Yunanıstanla oyuna isə komandanı yaxşı köklədik və oyun zamanı yenilmədik. Oyundan sonra onlara izah etdik ki, əgər Yunanıstan yığmasına uduzmamışıqsa, seçmə mərhələ oyunları zamanı qrupumuzdakı rəqiblərimizdən də xallar ala bilərik. Bir məsələni də qeyd edim. Əldə edilən nəticəyə görə təbii ki, futbolçulara və məşqçilər korpusuna təşəkkür edirik. Ancaq qapıçılarla işləyən məşqçimiz Ruslan Quliyevin əməyini xüsusi qeyd etmək istərdim. Çünki Yunanıstan yığması ilə oyunun sonlarına yaxın o təkid etdi ki, qapıçını dəyişək. Həmin əvəzləmə penalti seriyasının taleyini həll etdi.
- Qarşıdakı planlar necədir?
- İyulda Moldovada təşkil ediləcək İnkişaf turnirinə qatılacağıq. Seçmə mərhələdən əvvəl isə təlim-məşq toplanışımız və yoxlama oyunlarımız olacaq.
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Rafael Markes millinin baş məşqçisi olacaq - Rəsmi
Finala yüksəlməyin böyük sevinci - Video
"Qarabağ" rəsmiləri UEFA Forumunda - Şəkil
Azərbaycanın daha 2 boksçusu dünya kubokunda mərhələ adladı
AFFA-nın əməkdaşları UEFA seminarında
"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur
Azərbaycanın iki güləşçisi Avropa 3-cüsü oldu
“Lester” 3-cü diviziona düşdü
Rza Kayaalpdan tarixi rekord - 13-cü Avropa çempionluğu
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!