İspaniya telekanalı Avropa Oyunları barədə film hazırlayacaq

İspaniya telekanalı Avropa Oyunları barədə film hazırlayacaq
BAKI-2015 6 Mart 2015 / 23:41 1793
-  A +

İspaniyanın “RTVE” kanalı Bakıda keçiriləcək Avropa Oyunlarını 17 gün ərzində birbaşa yayımlayacaq.

Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, bununla yanaşı, kanal “Bakıya gedən yol” adlı sənədli film də hazırlamağı planlaşdırır. Film Oyunlara hazırlığı əks etdirəcək.

Kanalın rəhbəri Xose Ramon Diez bu Oyunları işıqlandırmaq imkanını əldə etdiklərindən məmnunluğunu ifadə edib.

İspaniya Olimpiya Komitəsinin prezidenti Aleksandro Blanko isə ölkəsində idmanın çox sevildiyini deyib və bildirib ki, birbaşa yayımla onlar milyonlarla ispanın dəstəyini hiss edəcəklər.

Qeyd edək ki, “RTVE” bütün İspaniya ərazisində yayımlanan ictimai kanaldır.

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya