"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının Polşada yayımını təmin etmək üçün "Polsat" idman kanalı ilə saziş imzalayıb.
Qol.Az-ın "Trend"ə istinadən yaydığı xəbərə, sazişə əsasən, Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan "Polsat" Avropa Oyunlarını hər gün azı altı saat müddətində, o cümlədən gündəlik əsas məqamları yayımlayacaq. Möhtəşəm açılış və bağlanış mərasimləri də nümayiş etdiriləcək.
Digər mühüm üstünlüklərlə yanaşı, "Polsat" UEFA Avropa təsnifat yarışlarının, UEFA Avropa Kubokunun (2016), Uimbldon tennis turnirlərinin, şose velosipedi üzrə dünya çempionatının (2015), 2015-ci və 2017-ci illərdə Polşada keçiriləcək Avropa voleybol çempionatlarının və kişilər arasında Avropa həndbol çempionatının (2016) yayımını təmin edən yeganə kanaldır.
Avropa Oyunlarının əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bildirib: "Birinci Avropa Oyunlarının "Polsat" və "Polsat Sport" kanalları vasitəsilə polşalı idmansevərlərə nümayiş etdiriləcəyi xəbəri məni çox sevindirdi. Məqsədimiz Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçı auditoriyası arasında bölüşməkdir və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik".
Bu sazişin bağlanması ilə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi Amerika Birləşmiş Ştatları, Çin və ərəb ölkələri daxil olmaqla yarışların dünyanın 53 ölkəsində yayımlanmasını təmin edəcək sazişlər bağladığını elan etdi.
"Polsat" kanalının idman departamentinin rəhbəri Pyotr Paykel deyib: "Avropa Oyunları beynəlxalq idman təqvimində son 50 ildə keçirilmiş ən mühüm tədbirlərdən biridir və bağladığımız saziş polşalı idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançıların çıxışlarını izləməyə imkan yaradacaq. "Polsat" vasitəsilə Bakı 2015 yarışlarını Polşaya yayımlamaq üçün bizə verilən eksklüziv hüquqla fəxr edirik və səbirsizliklə möhtəşəm 17 günlük yarışların yayımlanacağını gözləyirik".
Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andjey Kraşnitski əlavə edib: "Avropa Oyunları idman dünyasında mühüm bir hadisədir və ən azı 12 idman növü üzrə idmançılara Olimpiya Oyunlarına təsnifat imkanı verəcək. Avropa Oyunları polşalı idmançıların beynəlxalq arenada mübarizə aparması üçün mükəmməl imkandır və "Polsat" kanalı vasitəsilə bu cür tədbirin yayımlanacağı xəbərini duymaq çox xoşdur".
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq