"Bakı-2015" Avropa Oyunları bu gün irlandiyalı boksçu Keti Teyloru tarixdə ilk dəfə bu yay keçiriləcək Oyunların beynəlxalq idman elçisi elan edib.
Qol.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, London-2012 Olimpiya Oyunlarında qızıl medal qazanmış xanım K.Teylor, həmçinin 60 kq çəki kateqoriyasında hazırkı İrlandiya və dünya çempionudur.
Onun mühüm çempionatlarda qazandığı medalların siyahısına Olimpiya çempionu olmaqla yanaşı, beş ardıcıl dünya çempionu, altı ardıcıl Avropa çempionu və beş Avropa İttifaqı qızıl medalı olmaqla 17 qızıl medal daxildir və K.Teylor qadın boksu tarixində ən çox medal qazanmış idmançı hesab edilir.
"Bakı-2015"in əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib: "Ketini beynəlxalq idman elçisi qismində Bakıda salamlamaq mənim üçün çox xoşdur. Onun kimi dünya miqyaslı bir çempionun ilk Avropa Oyunlarını dəstəkləməsi tədbir üçün böyük bir üstünlükdür və bu yay keçiriləcək yarışların yüksək səviyyəsindən xəbər verir. Mən Ketinin idman elçisi qismində Oyunları İrlandiyada böyük məmnuniyyətlə təşviq edəcəyindən əminəm və onun iyun ayında Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm".
"Bakı-2015"in idman elçiləri həm yarışdıqları idman növünü təmsil edəcəklər, həm də Avropa Oyunlarının təşviqi məqsədilə bütövlükdə qitə üzrə və sosial mediada marketinq kampaniyalarında iştirak edəcəklər.
İrlandiyanın milli qadın futbol komandasını da təmsil edən 28 yaşlı xanım K.Teylor bildirib: "Bakı-2015" Oyunları Avropa idmanı üçün gözəl bir irəliləyişdir və mən həm idman elçisi, həm də yarışçı olaraq burada iştirak etdiyim üçün çox məmnunam. Oyunlar haqqında məlumatlılığın artırılması və bu barədə mümkün qədər daha çox insanın xəbər tutması üçün əlimdən gələni edəcəyəm".
İrandiya Olimpiya Şurasının sədri Patrik Hikki deyib: "Mən Ketinin "Bakı-2015" Oyunlarını ölkəsində lazımınca təşviq edəcəyindən və bu yay Azərbaycanda irlandiyalı idmançılara dəstək olacağından heç bir şübhə duymuram. Birinci Avropa Oyunlarına elçi qismində onun kimi dünyanın öndə gedən yarışçılarından birini cəlb etdiyiniz üçün peşman olmayacaqsınız".
Bir qismi yaxın gəlcəkdə açıqlanacaq "Bakı-2015" idman elçiləri sırasına xanım K.Teylorla yanaşı, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafaeva, danimarkalı kanoe sprintçi Rene Holten Poulsen, serbiyalı 3x3 basketbolçular Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviç daxildirlər.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq