Azərbaycan Premyer Liqasının 23-cü turunun sabah “Neftçi”yə qarşı keçiriləcək oyunun hakiminin dəyişdirilməsi ilə əlaqədar “Qarabağ” AFFA-ya müraciət edib.
Qol.Az-ın xəbərinə görə, klubun direktoru Əmrah Çəlikəlin imzası ilə federasiyaya göndərilən müraciətdə bildirilib: “Neftçi” – “Qarabağ” oyununa təyinat almış Əliyar Ağayevin adı ətrafında yaranmış söz-söhbətləri nəzərə alaraq müvafiq qurumlardan oyunun baş hakiminin istənilən hakimlə dəyişdirilməsini təklif edirik”.
Qeyd edək ki, “Qarabağ” Əliyar Ağayevin iki tur öncə idarə etdiyi “Neftçi” – “Simurq” qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün “Neftçi” – “Qarabağ” görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq “Neftçi” PFK-ya müraciət edib. Müraciətdə Ağdam klubu Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edib.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı